Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda sülhün qarantıdır.

Bu sözləri Rusiya lideri Vladimir Putin MDB Dövlət Başçıları Şurasının onlayn iclasında deyib.

“Bizim iştirakımızla humanitar yüklər daşınır, hər iki tərəfdə – həm Azərbaycan ərazisində, həm də Ermənistan – ərazi minalardan təmizlənir, həyat yaşayış üçün sistem bərpa olunur, əhaliyə tibbi xidmət göstərilir, öz evlərinə on minlərlə – 52 mindən çox qaçqın (ermənilər nəzərdə tutulur – red.) qayıdıb”, – Putin deyib.

Putin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Qarabağ və rus sülhməramlıları ilə bağlı fikirlərinə münasibətdə isə deyib:

“Bu, Rusiyanın müdrikliyini bir daha təsdiqləyir ki, hətta pis sülh yaxşı müharibədən yaxşıdır”.