Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Putin Paşinyanı növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Tərəflər regiondakı vəziyyət, 9 Noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatların bəndlərinin tətbiqindəki irəliləyiş məsələlərinə toxundular”, – deyə məlumatda bildirilir.