Rusiya Prezidenti Vladimir Putinin modernləşdirilmiş strateji raket daşıyıcısı Tu-160M ilə 40 dəqiqə uçacaq.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, V.Putin Tu-160M-də uçmaq üçün S. P. Qorbunova adına Kazan Aviasiya Zavodunun uçuş-enmə zolağına gəlib. Dövlət başçısını raketdaşıyıcının ekipajı qarşılayıb.

Tu-160M nüvə və adi silahlarla ucqar ərazilərdə ən mühüm hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

İstinadlar Report