Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Yeni illə bağlı göndərdiyi təbrik məktubunda qeyd edib.

O bildirib ki, Moskva gələn il Ankara ilə ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edecək: “Son zamanlar Rusiya ilə Türkiyə arasında çoxtərəfli əməkdaşlıq üçün çoxlu səy göstərilir. Ortaq enerji və infrastruktur layihələri həyata keçirilir”.

İstinadlar Report