Moskva ilə Tehran arasında ticarət dövriyyəsi təxminən 5 milyard ABŞ dollarına çatıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlarda bildirib.

“Ötən il ticarət dövriyyəsi 20% artaraq yaxşı nəticələr əldə edib. Ticarət dövriyyəmiz 5 milyard dollar təşkil edib”, – o deyib.

Rusiya Prezidenti, həmçinin iranlı həmkarını Fələstindəki vəziyyəti müzakirə etməyə çağırıb.

İstinadlar Report