Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu Belarusda prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Bu barədə Kremlin rəsmi saytında məlumat verilib

“Ümid edirəm ki, dövlətçilik fəaliyyətiniz bütün sahələrdə qarşılıqlı faydalı Rusiya-Belarus münasibətlərinin daha da inkişafına, əməkdaşlığın dərinləşməsinə və Avrasiya İqtisadi Birliyi və MDB vasitəsilə inteqrasiya proseslərinin qurulmasına öz töhfəsini verəcək”, -deyə açıqlama vurğulanıb.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib.Respublikanın hazırkı rəhbəri Aleksandr Lukaşenko 80,23% səslə liderdir.