Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Hini Kremlin nümayəndəlik kabinetində qəbul edib.

Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putin Rusiyada işgüzar səfərdə olan Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Tsoy Son Hini Kremldə qəbul edib”, – mətbuat katibi deyib.

Tsoy Son Hi görüşə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib və KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen Inın səmimi salamlarını çatdırıb.

İstinadlar Report