Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası barədə qanunu imzalayıb.

Sənəd dərc edilib.

Müqavilə 2024-cü il iyunun 19-da paytaxt Pxenyanda imzalanıb və oktyabrın 15-də Putin tərəfindən ratifikasiya üçün Dövlət Dumasına təqdim edilib. Müqavilənin preambulasına görə, sənəd RF və KXDR xalqlarının fundamental maraqlarına cavab verir və “sülhün, regional və qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir”.

İstinadlar Report