Vladivostokda Rusiya Prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasındakı təkbətək formatda görüş başa çatıb.

Təxminən, iki saat davam edən təkbətək görüşdən sonra Rusiya-KXDR danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

“Hökumətlərarası münasibətlərimizin tarixi, bu günümüz, ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında söhbət etdik”, – V.Putin təkbətək görüşdən sonra deyib.

Görüşdə həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə edilib.

İstinadlar Report