Rusiya Prezidenti Vladimir Putin İranın dini lideri Ayətullah Xameneidən HƏMAS-ın siyasi liderinin Tehranda öldürülməsinə sakit cavab verməsini istəyib və İsrailin mülki obyektləri və şəxslərini hədəf almamağı tövsiyə edib.
Bu barədə “Reuters” iki yüksək rütbəli iranlıya istinadən məlumat yayıb.
Bildirilib ki, Putinin mesajını Xameneiyə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çatdırıb.
İsrail mediası isə yazır ki, İran öz növbəsində Rusiyanı onlara Su-35 qırıcıları, havadan müdafiə sistemləri və raketlər verməyə razı salmağa çalışıb.