“Rusiya Suriya və İraqdakı vəziyyəti həll etmək üçün Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır”

Bunu Rusiya prezidenti Vladimir Putin bu gün Səudiyyə Ərəbistanın Dahran şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 29-cu sammitində çıxışı zamanı deyib.
Putin terrorçu qruplara qarşı mübarizədə ərəb dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayıb:
“Bu gün Yaxın Şərq və Şimali Afrikada vəziyyət çox çətindir. Suriya, İraq, Liviya və Yəməndə silahlı münaqişələr sosial-iqtisadi vəziyyətin kəskinləşməsinə, insan tələfatına səbəb olur. Rusiya regional təhlükəsizliyi təmin etmək üçün Ərəb Dövlətləri Liqası ilə birgə Suriya və İraqda siyasi həll və yenidənqurma işlərinin aktivləşdirilməsinə kömək edə bilər “.
Dövlət başçısı həmçinin qeyd edib ki, Yaxın Şərqdəki vəziyyətin normallaşdırılması Fələstin problemini həll etmədən mümkün deyil:
“Qüds məsələsi də daxil olmaqla, Fələstin torpaqlarının statusu ilə bağlı bütün məsələlər birbaşa Fələstin-İsrail danışıqları yolu ilə həll edilməlidir”.