“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Epidemioloji vəziyyət və liderlərin iş qrafiki imkan verən kimi, Putin Türkiyəyə səfər edəcək”, – o bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan bir neçə gün əvvəl V.Putini Türkiyəyə səfərə dəvət edib.