Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin narahatlıq doğurduğunu deyib.

O, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusilə terror, narkotik və mütəşəkkil cinayətkarlıq problemlərindən narahatdır. Putin vurğulayıb ki, Rusiya və Hindistanın bir çox məsələlərdə mövqeləri üst-üstə düşür.

İstinadlar Report