“Əfqanıstanda baş verən son hadisələrin Cənubi Qafqazdakı vəziyyətə təsir edə biləcəyini yaxşı bilirik”.

Bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündə deyib.

“MDB ölkələrinin kəşfiyyat xidmətlərinin vəzifələrindən biri Əfqanıstan ərazisindən potensial təhlükələri zərərsizləşdirməkdir. Bu ölkədə baş verən hadisələrin Mərkəzi Asiya, Cənubi Qafqaz və digər bölgələrdəki vəziyyətə nə qədər ciddi təsir göstərə biləcəyini çox yaxşı anlayırıq”, – Putin vurğulayıb.

İstinadlar Report