Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenlə görüşmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir.

Məlumatı “RİA Novosti” yayıb.

Bir müddət əvvəl Kremldən bildirilmişdi ki, görüş üç hissədən ibarət olacaq: dar çərçivədə və çay fasiləsi ilə iki genişləndirilmiş iclas. Görüşün 4 saat 45 dəq sürəcəyi gözlənilir.

Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, Rusiya XİN başçısının müavini Sergey Ryabkov, Prezident Administrasiyası başçısının müavini Dmitri Jkozak, RF prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.

Bu, Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında 2018-c ildə Finlandiyanın Helsinki şəhərindəki danışıqlardan sonra ilk görüşdür.

İstinadlar Report