Rusiya Prezidenti Vladimir Putin bu gün Şimali Koreyaya işgüzar səfər edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, V. Putini Pxenyan hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.

Bu, Rusiya Prezidentinin 2000-ci ildən bəri Şimali Koreyaya ilk səfəridir.

Xatırladaq ki, Kim Çen In ötən ilin sentyabrında Rusiyaya səfərində Vladimir Putinlə görüşüb. O bu zaman rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib və dəvət qəbul edilib.