Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi bu il rekorda həddə çata bilər.

Bunu Rusiya Prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanla görüşündə deyib.

“Ticari-iqtisadi münasibətlər çox uğurla inkişaf edir. Ötən il ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib, ilk yarımildə isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Əgər bu templə irəliləsək, bu o deməkdir ki, ilin sonuna bu rəqəm 14-16 milyard dollar təşkil edəcək. Bu, rekord göstəricidir”, – V.Putin qeyd edib.

İstinadlar Report