Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq.

Xatırladaq ki, Rusiyada hərbi xidmət yaşı 18-27-dir.