ABŞ Çinin hərbi modernləşdirilməsini narahatlıqla izləyir və bunu regional sabitliyə təhlükə kimi görür.

Bunu Ağ Evin sözçüsü Cen Psaki ənənəvi brifinqdə deyib.

Psaki ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin Çinin hipersəsli silahlarının sınağı ilə bəyanatını şərh edib:

“Düşünürəm ki, Çinin hərbi modernləşdirmə səyləri ilə bağlı hamımızın narahatlığı var. ABŞ regionda gərginliyi artıran amillər üzərində işləməyə davam edir”.

İstinadlar Report