Bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini İbadov Qərib Əliəkbər oğlunun, ona qarşı 1998-ci ildə cinayət törətmiş konkret şəxslərin məlum olduğu halda, prokurorluq orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı özünün səsləndirdiyi fikirlər yayımlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Bununla bağlı bildiririk ki, 07 fevral 1998-ci il tarixdə ayaqqabı təmiri sexində işləyən Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

Qərib İbadovun, təqsirləndirilən şəxslərin məlum olmasını iddia etməsinə baxmayaraq, bu günədək istinaqla qeyri-aşkar şəraitdə cinayət törətmiş şəxslərin müəyyən edilməsi mümkün olmayıb.

İstinadlar Report