Dövlət ittihamçısı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin 13 il azadlıqdan mərhum edilməsini istəyib.

Bu, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Bundan başqa, prokuror sabiq icra başçının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını istəyib.

İş üzrə növbəti məhkəmə prosesi iyulun 8-nə təyin olunub.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstinadlar Report