Dövlət ittihamçısı dələduzluqda ittiham olunan Akif Əsədova 8 il 6 ay, Nərminə
Dadaşovaya 8 il və Əziz Səfərəliyevə 7 il iş istəyib.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, HMH Baku Travel MMC-nin rəhbəri Nərminə Dadaşova, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

İstinadlar Report