Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil.

Bunu “Report”a açıqlamasında Türkiyənin Yıldız Texnik Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Mehmet Akif Okur deyib. O bildirib ki, Yeni Kaledoniya BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa tərəfindən idarə olunan bir ölkədir.

“Onun öz müqəddəratını təyin etmək hüququ var. Sülhsevər kanak xalqı millətlər ailəsinə qoşulmaq istəyir. Fransa müstəmləkəçilik dövrünün bitdiyini konkret addımlarla nümayiş etdirə bilməsə, dünya ictimaiyyəti Əlcəzairdə yürüdülən siyasəti ona xatırlatmalıdır. Paris Yeni Kaledoniyanın müzakirə ediləcəyini müşahidə edilə bilər”, – M.A.Okur vurğulayıb.

İstinadlar Report