“Rusiya hərbçiləri Belqorod vilayətinə nüvə bombası ata bilər”.

Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətin sahibi Yevgeni Priqojin bildirib.

“Rusiya öz ərazisinə nüvə bombası ataraq Belqoroda doğru geri çəkildiyimiz təəssüratını yaratmaq istəyəcək”, – o, bildirib.

O, daha sonra ironiya ilə deyib: “Özümüzə atsaq, ruhi xəstə olduğumuzu göstərəcəyik”.

Qeyd edək ki, Rusiyanın Belqorod şəhəri Ukrayna ilə sərhəddə yerləşir.