İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib.

Bunu Pakistanın Baş naziri Şahbaz Şerif hadisə ilə bağlı İran rəhbərliyinə və xalqına verdiyi başsağlığında bildirib.

Baş nazir qeyd edib ki, Prezident və onun tərəfdaşlarına hörmət əlaməti olaraq qardaş İranla həmrəylik nümayiş etdirmək üçün Pakistanda ictimai matəm keçiriləcək, ölkənin bayrağı yarıya qədər endiriləcək.

Bundan sonra İranın özündə də Prezident İbrahim Rəisinin vəfatı ilə əlaqədar milli matəm elan edilib.

İstinadlar Mehr