Prezidentin xalqa müraciətinin – Videosu
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlət başçısı buarada xalqa müraciət edib.
“Qafqazinfo” həmin müraciətin videosunu təqdim edir:
Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi – Video
Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2003-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilib.
Bulvarda dənizdə batan gənc xilas edildi – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş – 2008-ci il təvəllüdlü Rəşad Məmmədli dalğıclar tərəfindən xilas edilib.
DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdi – Video
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib və məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Son günlər metroda nə baş verir? – Video
“Metronun hamını daşımaq imkanı yoxdur. Mövcud texniki imkanlar daxilində intervalı 2 dəqiqədən aşağı müəyyən etmək mümkün deyil”.
Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov son günlər metroda yaşanan sıxlıqla bağlı suallara aydınlıq gətirərkən bildirib.
B.Məmmədov metroda yubanmaların olduğunu təsdiqləyib və bildirib ki, metroda sərnişin sayı durmadan artır.
Sərnişinlər isə əlverişli nəqliyyat vasitəsi olmasına baxmayaraq, son vaxt vaxtlar metrodan istifadə zamanı çətinliklər yaşadıqlarını bildiriblər.
Ətraflı videomaterialda:
Bakıda Avropa Yol Polisi Təşkilatı yol qəzalarının qarşısının alınması ilə bağlı beynəlxalq iclası keçirilib – VİDEO
Dekabrın 10-11-də Bakıda Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Avropa Yol Polisi Təşkilatlarının Regional Şəbəkəsinin “Yol hərəkəti təhlükəsizliyinə dair yol polisinin fəaliyyəti üzrə” 2-ci yüksək səviyyəli iclası keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, dünyanın 24 ölkəsindən 43 nümayəndənin, eləcə də çoxsaylı qeyri-hökumət təşkilatlarının və ekspertlərin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbir yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, polis orqanları arasında regional əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına həsr olunub.
8 sessiyadan, eləcə də 2 yüksək səviyyəli paneldən, 9 təqdimat və 4 açıq müzakirədən ibarət proqram əsasında iki gün davam edən iclasda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, regional əməkdaşlıq və qarşılıqlı təcrübə məsələlərinə toxunulub.
Sessiyalar və panel müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları, yol-nəqliyyat hadisələrinin, xüsusilə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının sayının, habelə iqtisadiyyata və ətraf mühitə vurduğu zərərin minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi və bu sahədə ictimai iştirakçılığın təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin effektiv idarə olunmasında informasiya texnologiyalarının tətbiqi üzrə texniki səviyyədə bilik və təcrübə mübadiləsi müzakirə olunub.
Messi Bakıda Qarabağ atlarını izlədi – Video – Fotolar
“İnter”in futbolçusu Lionel Messi komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birlikdə Bakıda Qarabağ atlarını izləyiblər.
Onlar maraqlı anlar yaşayıblar və gördüklərindən məmnun qalıblar.
Bu gün, həmçinin Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, 8 dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.
Biletlərin satışından əldə olunacaq vəsait xeyriyyə məqsədilə istifadə olunacaq.
“Ermənistan tam dəstəksiz qalıb” – Cavanşir Feyziyev – VİDEO
“Bütün münaqişə dövründə Ermənistan tək olmayıb. Havadarları hər zaman ermənilərə dəstək verib. Ermənilərin dəstəkçisi əsas Rusiya, gizli də olsa İran və Fransa idi”.
Bu fikirləri REAL TV-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Deputat qeyd edib ki, bu gün Ermənistanı dəstəkləyən hər üç ölkənin özündə təlatüm var.
“Fransada hakimiyyət böhranı var. Rusiya dünyada öz mövqeyini itirir. İranda da regionda öz nüfuzunu itirməkdədir. Bir sözlə indi Ermənistan tam dəstəksiz qalıb. İndi Ermənistan özündə cəsarət tapıb sülh müqaviləsi bağlamaq gücündə deyil”, – deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:
Sulutəpədə qanunsuz tikinti sökülüb – VİDEO
Bakıda qanunsuz tikinti sökülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Sulutəpə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Dallasda ağır yol qəzasında “McLaren” iki yerə bölünüb, ölənlər var – VİDEO
ABŞ-nin Texas ştatında “Toyota Corolla” və “McLaren” superkarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Bu barədə yerli “Fox 4 News” bildirib.
“Dallas şəhərində baş vermiş avtomobil qəzasında lüks idman avtomobilinin iki yerə bölünməsi nəticəsində iki nəfər həlak olub”, – telekanal nəql edib.
Qeyd olunub ki, qəza bazar ertəsi günü günorta saatlarında şəhərin Leyk Haylends rayonunda olub. Müstəntiqlərə görə, “McLaren” və “Toyota Corolla” toqquşublar. “McLaren” ağaca çırpılaraq iki yerə bölünüb və içində olan iki kişinin həyatına son qoyub”, – “Fox 4 News” qeyd edib. Digər nəqliyyat vasitəsinin qadın sürücüsü isə yüngül xəsarət alıb.
Polis əlavə məlumat verməyib.
Ukraynada AEBA-nn avtomobilinə PUA ilə hücum olub – VİDEO
Bu gün Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) rotasiyası zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) avtomobilinə hücum olub.
Bu barədə agentlikdən bildirilib.
Qeyd olunub ki, nəqliyyat vasitəsi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Avtomobil zədələnsə də, onun içində olanlar xəsarət almayıblar.
Məlumata görə, hadisə cəbhə xəttindən təqribən 8 kilometr aralıda Ukraynanın nəzarətində olan ərazilər daxilində baş verib.
Qurumun Baş direktoru Rafael Qrossi hadisəni pislədiyini bildirib.
Qəddafi “Sıra sizə də gələcək” deyəndə, Əsəd gülmüşdü – Video
Liviyanın devrilmiş prezidenti Müəmmər Qəddafinin 2008-ci ilin martın 29-da Suriyanın paytaxtı Dəməşqdə (Şam) Ərəb liderlərinin toplantısında etdiyi çıxışı yenidən gündəmə gəlib.
Qəddafi həmin çıxışı zamanı İraq lideri Səddam Hüseyinin ölümünü misal çəkib bu ifadəni işlətmişdi:
“Səddamın başına gələnlər sizi də gözləyir. Sıra sizə də gələcək”.
Həmin vaxt Ərəb ölkələri liderlərinin gülüşləri salonda əks-səda verir.
Maraqlısı isə budur ki, təbəssümü ekranlara yansıyan siyasilərdən biri də bir neçə gün əvvəl Suriyada hakimiyyəti devrilən prezident Bəşər Əsəd olur.
Suriyada baş verən siyasi yeniliklərin fonunda Qəddafiyə gülən Əsədin aqibətini bir növ tarixin istehzası da adlandırmaq olar.
Qəddafinin həmin çıxışını təqdim edirik:
Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi – Video
Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbeşmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2022-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
Şirvanın su və kanalizasiya şəbəkəsi yenidən qurulur – Fotolar – VİDEO
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı hazırda Şirvan şəhərində də su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, şəhərin küçə və prospektlərində müxtəlifdiametrli istismar müddətini başa vurmuş su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunur.
Bunun üçün Xidmətin Şirvan şəhər Sukanal İdrəsi tərəfindən hər il olduğu kimi 2024-cü ildə də bir sıra işlər həyata keçirilib. Belə ki, şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.
İdarə rəisi Fərhad Hüseynovun sözlərinə görə, ərazilər sayğaclaşdırılır, köhnə xətlər yeniləri ilə əvəz olunur: “Su itkisi, demək olar ki, 50 faiz aşağı endirilib. Hazırda su itkilərimiz şəhər üzrə 27-30 faiz təşkil edir. Qarşımıza su itkilərini minimuma endirməyi hədəf qoymuşuq”.
Bildirilib ki, il ərzində su xətlərində 1627, kanalizasiya xətlərində isə 1472 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. Ümumiyyətlə, şəhər ərazisində baş verən bütün qəzalar dərhal aradan qaldırılır. Şirvan sakinləri əvvəlki illərdə içməli su ilə bağlı yaşadıqları problemlərin artıq aradan qalxdığını bildirirlər.
2024-cü il ərzində layihənin davamı olaraq şəhərdə əsasən, “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrini əhatə etməklə 14160 paqonometr müxtəlif diametrli yeni su xətti, H. Əliyev prospekti ilə paralel ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə, ümumilikdə 224 paqonometr 150 mm-lik, 1997 paqonometr 200 mm-lik, 2294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Bundan başqa 1122 ədəd mexaniki sayğac quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılıb.
Fərhad Hüseynov qeyd edib ki, hazırda Şirvan şəhərində M.F.Axundov, Məhəmməd Əsədov, Şəhidlər, Şirvan küçələrində 488 abonentə su və kanalizasiya xətlərinin çəkilişi davam edir. Şəhərin digər hissəsində İsmət Qayıbov, Şirin Şükürov, Gülbala Şıxbalaoğlu küçələrində 1800 abonentə su xətlərinin çəkilişi başa çatdırılıb.
Qeyd edək ki, Şirvan şəhər Sukanal İdarəsinin xidməti ərazisində 1 ədəd nasosxana fəaliyyət göstərir ki, həmin nasosxananın sazlığı daim diqqətdə saxlanılır.
Ağdaşda evdə yanğın – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonunun Qarağan Sədi kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 96 kv.m. olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kv.m. sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Binədə qanunsuz tikililər sökülüb – VİDEO
Bakı Şəhəri Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində qanunsuz tikililər sökülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Ağdam-Füzuli yolundan ən son – Fotolar – Video
Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.
Bununla bağlı AAYDA məlumat yayıb.
Məlumata əsasən, uzunluğu 65.7 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. Yolun layihə üzrə nəzərdə tutulan və 0.2, 5.6, 12 və 39-cu kilometrlik hissələrdə yerləşən 4 körpünün tikintisi, 63 və 65-ci kilometrlik hissələrdə isə yolötürücülərinin inşası yekunlaşıb.
Hazırda layihə boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir.
Ümumilikdə layihə üzrə tikinti işləri 82% icra olunub.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Həmçinin baxın
Bakıda Avropa Yol Polisi Təşkilatı yol qəzalarının qarşısının alınması ilə bağlı beynəlxalq iclası keçirilib – VİDEO
Dallasda ağır yol qəzasında “McLaren” iki yerə bölünüb, ölənlər var – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla