AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Ərdoğan BƏƏ-yə səfər edəcək
  • Tunisin DİN rəhbərinin evində partlayış olub, xəsarət alan var
  • Çavuşoğlu Blinkenlə görüşəcək
  • Ukrayna Mariupolun müdafiəçilərinin xilası əməliyyatına başlayıb
  • Malidə dövlət çevrilişinə cəhd olub
  • Ukraynanın Donetsk və Luqansk vilayətlərinə atəş nəticəsində 20 dinc sakin həlak olub
  • Mustafa Şentop: “Bura evimizdir, Türkiyədə keçirdiyimiz hissləri Bakıda yaşayırıq”
  • Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib
  • Jurnalist İradə Cəlil vəfat etdi
  • Bu yollarda 10 gün qazma olacaq
  • Ukrayna Mariupolun müdafiəçilərinin xilası əməliyyatına başlayıb
  • Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib
  • Bu yollarda 10 gün qazma olacaq
  • İranda azərbaycanlı tələbə dünyasını dəyişdi
  • “Türkiyəyə sanksiya tətbiq edənlərin NATO-ya daxil olmasına “hə” demərik” – Ərdoğan
  • Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”
  • İranın parlament sədrinin birinci müavini Azərbaycana gəldi
  • Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”
  • Azərbaycanın xalçaçılıq nümunələri Bursada – Fotolar
  • Azərbaycan Ordusunun PUA bölmələri təlim uçuşları keçirib
  • Sabiq icra başçısı əmlaklarını geri istəyir
  • Polis kapitanı bölmə rəisi təyin olundu
  • Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video
  • Politoloq: “Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin son olar”
  • Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO
  • Putin: “Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiyanın cavab reaksiyasına səbəb olacaq”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Prezidentin üç saata yaxın davam edən müsahibəsinin – Videosu
13/01/2022 04:17
Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video
16/05/2022 17:17
Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO
16/05/2022 17:10
Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO
16/05/2022 17:05
FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video
15/05/2022 11:42
İlham Əliyev Türkiyədə – Video+
14/05/2022 22:54
İlham Əliyev Ərdoğanla görüşdü – Video+
14/05/2022 19:35
DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video
14/05/2022 18:07
İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video
14/05/2022 17:26
İlham Əliyev açılışda çıxış edir – Video+
14/05/2022 16:18
İlham Əliyev Türkiyədə – Canlı – VİDEO
14/05/2022 15:09
Metroda yanğın təlimi – Video+Foto
14/05/2022 12:06
İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video
14/05/2022 11:09
Prezidentin Şuşada kövrəldiyi an – Video
13/05/2022 14:21
“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO
13/05/2022 12:32
“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video
12/05/2022 15:51
Ötən sutka 7 nəfər xilas edilib – Video
12/05/2022 12:45

Video xəbərlər

  • Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video
  • Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO
  • Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO
  • FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video
  • İlham Əliyev Türkiyədə – Video+

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

17/05/2022
03:47 Ərdoğan BƏƏ-yə səfər edəcək
03:24 Tunisin DİN rəhbərinin evində partlayış olub, xəsarət alan var
03:20 Çavuşoğlu Blinkenlə görüşəcək
03:18 Ukrayna Mariupolun müdafiəçilərinin xilası əməliyyatına başlayıb
03:15 Malidə dövlət çevrilişinə cəhd olub
03:12 Ukraynanın Donetsk və Luqansk vilayətlərinə atəş nəticəsində 20 dinc sakin həlak olub
00:35 Mustafa Şentop: “Bura evimizdir, Türkiyədə keçirdiyimiz hissləri Bakıda yaşayırıq”
00:20 Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib
00:14 Jurnalist İradə Cəlil vəfat etdi
00:06 Bu yollarda 10 gün qazma olacaq
16/05/2022
23:23 Mövlud Çavuşoğlu NATO-nun Baş katibi ilə danışıb
23:20 “Göldə qanını yumağa aparırdım, öldüyünü anlayanda atıb uzaqlaşdım”
23:14 Aİ Ukraynaya 500 milyon avroluq maliyyə yardımını təsdiqləyib
22:49 İranda azərbaycanlı tələbə dünyasını dəyişdi
22:38 Putin Paşinyanla Qarabağı müzakirə edib
22:26 “Türkiyəyə sanksiya tətbiq edənlərin NATO-ya daxil olmasına “hə” demərik” – Ərdoğan
21:42 Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”
21:26 İsveç və Finlandiya xarici işlər nazirləri Türkiyəyə səfər edəcəklər
21:09 “Avroviziya” müəmmasındakı araşdırılmalı məqamlar
21:06 Xarkovdakı Fəxri Konsulluğumuz fəaliyyətini bərpa etdi
20:59 Ukraynada rusiyalı oliqarxın 420 milyon dollardan çox əmlakına həbs qoyulub
20:26 İranın parlament sədrinin birinci müavini Azərbaycana gəldi
20:18 Fransanın yeni baş naziri Elizabet Born olacaq
20:08 Xırdalanda kişi meyiti tapıldı
19:45 Uşaqlar arasında yayılan virusla bağlı – Açıqlama
19:35 Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”
19:21 Azərbaycanın xalçaçılıq nümunələri Bursada – Fotolar
18:57 Bu ərazilərdə su kəsiləcək
18:42 7 yaşlı daun sindromlu qız məktəbdə öldü
18:29 Ceyhun Bayramov İƏT Baş katibi ilə görüşdü
18:23 Əli Əsədov BƏƏ-yə səfər etdi
18:02 Azərbaycan Ordusunun PUA bölmələri təlim uçuşları keçirib
17:59 Sabiq icra başçısı əmlaklarını geri istəyir
17:53 Ukraynalılar Slovakiyada təlim keçir
17:51 Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət
17:39 Polis kapitanı bölmə rəisi təyin olundu
17:35 İsveç NATO-ya üzvlük üçün müraciət etməklə bağlı qərar qəbul edib
17:17 Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video
17:14 Politoloq: “Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin son olar”
17:10 Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO
17:08 Putin: “Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiyanın cavab reaksiyasına səbəb olacaq”
17:08 Rusiya MN: “Azovstal”dan ukraynalı yaralıların çıxarılması barədə razılıq əldə olunub”
17:08 Türkiyə Parlamentinin sədri Azərbaycana gəlib
17:05 Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO
17:05 “İlham Əliyevin bunu xüsusi vurğulaması Türkiyə ictimaiyyətində böyük təqdirlə qarşılanıb”
16:35 Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib
16:20 Anasını və bacısını yanğında itirən 7 yaşlı Gülməmmədin köməyə ehtiyacı var – Foto
16:16 İlham Əliyev Kraliça II Elizabetə at hədiyyə göndərdi – Fotolar
16:04 Bakıda qadın kişini intim görüntüləri ilə şantaj edib
15:44 Zaur Qurbanov bu vəzifəsini itirdi
15:42 Şarl Mişel Fransa Prezidenti ilə Avropanın təhlükəsizliyini müzakirə edib
15:39 Dəmiryolçular maaşla bağlı etiraz aksiyası keçirdi – Rəsmi cavab
15:24 Şəmkirdə ikimərtəbəli ev yanıb – Foto
15:11 Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb
15:08 Prezident Təhsil Nazirliyinə 5 milyon ayırdı
14:56 BMT: “Müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsul olacaq”
14:36 Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi
14:29 “TRT Haber”: “İsveç və Finlandiya 33 terrorçunu Türkiyəyə təhvil vermir”
14:15 Kreml: “Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə Alyansın toqquşmasına səbəb ola bilər”
14:06 Ukrayna XİN başçısı Brüsseldə müzakirə edəcəyi məsələləri açıqlayıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Prezidentin üç saata yaxın davam edən müsahibəsinin – Videosu

Multimedia 13/01/2022 04:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

“Qafqazinfo”nun məlumata görə, dövlət başçısı üç saata yaxın davam edən müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Müsahibənin videosunu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Multimedia 16/05/2022 17:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Zəngilan rayonu ərazisində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır.Rayonun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir. 

Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı elektrik xətti çəkilir. 

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası (3-6 metr) mövcud xətlərə (30-40 metr) nisbətən 6-10 dəfəyə qədər azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12% olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4% təşkil edir. Şəbəkələrin saxlanma xərcləri 100%-dan 30%-a, illik mal-material sərfi 100%-dan 25%-a endirilir, xidmət müddəti 2 dəfə azalır. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətlərilə müqayisədə 60%-dək azdır. Planlı açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.) müddəti mövcud xətlərə nisbətən 75% azdır.  Yüksək gərginlik xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, ümumilikdə, sakinlərin yaşayış və fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qaldırılır.

Oxumağa dəyər:   Peruda avtobus qəzası nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir.

Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə: yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də tam təmin edəcək.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Multimedia 16/05/2022 17:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.

O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.

Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.

Narahatlıq doğuran məqam isə başqadır.

Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki? 

Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.

Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!

Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!

Oxumağa dəyər:   İrəvanda növbəti avtoyürüş keçirilir

Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?

Ona üzr istədənlər kimlərdir?

Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?

Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?

Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin…

Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.

Sekulyar ölkə olan Azərbaycanda bu gün Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir tənqid olunursa, onları tənqid edənləri kimsə üzrə məcbur etmirsə, niyə qonşu İslam ölkəsinin analoji şəxsiyyətləri haqqında deyilən xırda zarafatın bədəli üzr videosu olmalıdır?

Oxumağa dəyər:   Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri vəfat etdi - Foto

Belə olduğu halda xurafatı şişirdib gözümüzə soxanlar kimlərdir?

Niyə günü-gündən biz xurafat ölkəsinə çevrilirik?

Niyə dinin gözəl simasından pay almırıq, ancaq şişirdilmiş qadağaları yavaş-yavaş Azərbaycanın bağrına sancılır?

İran İslam ölkəsidir və burada xeyli şəriət qanunları mövcuddur. Bu, onların öz işidir, daxili prosesdir. Ancaq başqa bir ölkənin qanunları, ənənələri, mentaliteti bizim ölkəyə keçirsə, mətbəximizə daxil olursa, qanunlarımıza təsir edirsə, narahat olmalıyıq.

Ümumiyyətlə, adamları kütlə qarşısına çıxarıb üzr videosu çəkdirmək niyə dəbə çevrilir? Konstitusiyası, qanunu, cəza üsulları bəlli olan bir ölkədə kütlə qarşısında üzr videosu yaymağa məcbur edilmək qanunsuzluq deyilmi?

Yazının motivinə aid olmayan bir məqam da diqqətimi çəkdi; həmin qafiyəni Rəşadın qulağına Orxan Lökbatanlı deyir, bu məqamı növbəti bəndi deyən Rəhman Basılmaz da təsdiqləyir. Orxan isə bir müddət əvvəl “ləzgi-tatar” məsələsinə görə üzrə məcbur edilmişdi. Bu məqamın şərhini də sizə buraxıram.

Oxumağa dəyər:   Çavuşoğlu Blinkenlə görüşəcək

Son məqam isə meyxananın hər gün bir az da dinin içinə girməsi və bu səbəbdən də sənət simasını itirməsidir.

Nə qədər ki, meyxananın fonunda din duracaq, o günə qədər də meyxana sənət olmaqdan uzaqda qalacaq. Çünki sənət azad, cürətli bir platformadır. Sərhədli, qadağalı mövzular sənətin bayrağı ola bilməz.

Meyxana tarixinin gəlmiş-keçmiş ən tanınmış, məşhur nümayəndəsi olan Rəşad da öz sənətini bu müstəvidə görür, sözünə görə üzr videosu paylaşırsa, meyxanadan yaxın əlli ildə nəsə gözləmək sadəlövhlükdür.

Sərdar Amin

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Multimedia 16/05/2022 17:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.

O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.

Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.

Narahatlıq doğuran məqam isə başqadır.

Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki? 

Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.

Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!

Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!

Oxumağa dəyər:   "Əlilliyi alınandan sonra vəziyyəti kəskinləşdi" - Şizofreniya xəstəsinin başına gələnlər...

Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?

Ona üzr istədənlər kimlərdir?

Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?

Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?

Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin…

Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.

Sekulyar ölkə olan Azərbaycanda bu gün Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir tənqid olunursa, onları tənqid edənləri kimsə üzrə məcbur etmirsə, niyə qonşu İslam ölkəsinin analoji şəxsiyyətləri haqqında deyilən xırda zarafatın bədəli üzr videosu olmalıdır?

Oxumağa dəyər:   İlham Əliyev BƏƏ səfirliyinə getdi

Belə olduğu halda xurafatı şişirdib gözümüzə soxanlar kimlərdir?

Niyə günü-gündən biz xurafat ölkəsinə çevrilirik?

Niyə dinin gözəl simasından pay almırıq, ancaq şişirdilmiş qadağaları yavaş-yavaş Azərbaycanın bağrına sancılır?

İran İslam ölkəsidir və burada xeyli şəriət qanunları mövcuddur. Bu, onların öz işidir, daxili prosesdir. Ancaq başqa bir ölkənin qanunları, ənənələri, mentaliteti bizim ölkəyə keçirsə, mətbəximizə daxil olursa, qanunlarımıza təsir edirsə, narahat olmalıyıq.

Ümumiyyətlə, adamları kütlə qarşısına çıxarıb üzr videosu çəkdirmək niyə dəbə çevrilir? Konstitusiyası, qanunu, cəza üsulları bəlli olan bir ölkədə kütlə qarşısında üzr videosu yaymağa məcbur edilmək qanunsuzluq deyilmi?

Yazının motivinə aid olmayan bir məqam da diqqətimi çəkdi; həmin qafiyəni Rəşadın qulağına Orxan Lökbatanlı deyir, bu məqamı növbəti bəndi deyən Rəhman Basılmaz da təsdiqləyir. Orxan isə bir müddət əvvəl “ləzgi-tatar” məsələsinə görə üzrə məcbur edilmişdi. Bu məqamın şərhini də sizə buraxıram.

Oxumağa dəyər:   Türkiyə Parlamentinin sədri Azərbaycana gəlib

Son məqam isə meyxananın hər gün bir az da dinin içinə girməsi və bu səbəbdən də sənət simasını itirməsidir.

Nə qədər ki, meyxananın fonunda din duracaq, o günə qədər də meyxana sənət olmaqdan uzaqda qalacaq. Çünki sənət azad, cürətli bir platformadır. Sərhədli, qadağalı mövzular sənətin bayrağı ola bilməz.

Meyxana tarixinin gəlmiş-keçmiş ən tanınmış, məşhur nümayəndəsi olan Rəşad da öz sənətini bu müstəvidə görür, sözünə görə üzr videosu paylaşırsa, meyxanadan yaxın əlli ildə nəsə gözləmək sadəlövhlükdür.

Sərdar Amin

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Multimedia 15/05/2022 11:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər, o cümlədən Qazax rayonunun Çaylı kəndində “Mersedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Türkiyədə – Video+

Multimedia 14/05/2022 22:54
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

***

Dövlət başçıları Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

***

Açılış mərasimi başladı.

***

İlham Əliyev açılışda çıxış edir.

***

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

***

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Oxumağa dəyər:   "Əlilliyi alınandan sonra vəziyyəti kəskinləşdi" - Şizofreniya xəstəsinin başına gələnlər...

Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı:

“Əziz və dəyərli qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan.

Əziz qardaşlarım, əziz dostlar.

Yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi-qəlbdən salamlayıram, Azərbaycandan hərarətli salamlar ifadə edirəm.

İlk növbədə, əziz qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm və bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.

İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.

Oxumağa dəyər:   Peruda avtobus qəzası nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var

Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

Əziz dostlar, əziz qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!

Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir.

Əziz dostlar, qardaşlar, bacılar, sizi bu gözəl hadisə – hava limanının açılışı münasibətilə bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı:

“Azərbaycan Prezidenti qardaşım hörmətli Əliyev. Milliyyətçi Hərəkat Partiyasının sədri hörmətli Dövlət Bağçalı, Böyük Birlik Partiyasının sədri hörmətli Mustafa Destici.

Hörmətli rizeli və artvinli həmyerlilərim, hörmətli qonaqlar.

Sizləri ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram.

Ölkəmizin qürurverici əsərləri arasında yer alan Rize-Artvin Hava Limanımızın şəhərlərimizə, bölgəmizə və millətimizə xeyirli olmasını diləyirəm.

Qardaşım Əliyevə, cənab Bağçalıya, cənab Desticiyə və digər qonaqlarımıza bu gözəl günümüzü bizlərlə bölüşdükləri üçün şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm.

Xalqa xidmət siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil. Dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanı var. Bunların açılışını etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq.

Oxumağa dəyər:   "Avroviziya" müəmmasındakı araşdırılmalı məqamlar

Prezident Rəcəb Tayyib Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğuladı. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Türkiyə Prezidenti çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşıllıqların və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə xalqın rifah halının daha da yaxşılaşdırılmasının maksimum diqqətdə saxlandığını və bu sahədə ardıcıl tədbirlərin reallaşdırıldığını vurğuladı. Ölkəsinin beynəlxalq səviyyədə də milli maraqlarını daim inamla müdafiə etdiyini bildirən dövlət başçısı dedi:

– Türkiyənin iki əsrlik demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim mübarizə ruhumuzu ehtiva edir. İndi mən qarşımda sizi belə görürəm. Bunu Qarabağda sübut etdiniz. Bunu Liviyada sübut etdiniz. Əminəm ki, Qabarda, Cudidə, Tendürekdə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı sübut etdiniz.

Prezident Rəcəb Tayyib Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğuladı. O, Türkiyənin bütün bölgələri kimi, Rize və Artvin bölgələrinin də kompleks inkişafı üçün ardıcıl tədbirlərin davam etdirildiyini söylədi. Yeni hava limanının açılışı münasibətilə bir daha təbriklərini çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan dedi:

– Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm. Sizləri sevgi və ehtiramla salamlayıram. Sağ olun”.

***

Mayın 14-də Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin yolasalma mərasimi olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısını yola salıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı çay süfrəsinə dəvət edib.

Çay süfrəsində Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmayıl Qəhrəman iştirak edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Multimedia 14/05/2022 19:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 14-də Türkiyənin Rize şəhərində Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd edib və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Multimedia 14/05/2022 18:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrində yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından, kitabxanalarda silsilə oğurluqlar edən, habelə binalarda liftlərin əyləc dolaqlarını qarət edən 9 cinayətkar qrupun 14 nəfərdən ibarət üzvü saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul, qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən edilib.

Oxumağa dəyər:   Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? - VİDEO

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Multimedia 14/05/2022 17:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında çıxış edib.

“Qafqazinfo” Prezidentin çıxışının videosunu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev açılışda çıxış edir – Video+

Multimedia 14/05/2022 16:18
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

***

Dövlət başçıları Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

***

Açılış mərasimi başladı.

***

İlham Əliyev açılışda çıxış edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Türkiyədə – Canlı – VİDEO

Multimedia 14/05/2022 15:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Metroda yanğın təlimi – Video+Foto

Multimedia 14/05/2022 12:06
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bakı Metropoliteni”ndə yanğın-taktiki təlim keçirib.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, təlim “8 noyabr” metrostansiyasında baş tutub. Təlimin keçirilməsində əsas məqsəd yanğından mühafizə bölmələrinin döyüş hazırlığının, o cümlədən metroda baş verə biləcək yanğınlarla əlaqədar praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə metropolitenin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı, əvvəlcə baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib, dərhal sonra metropoliten əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə” başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Sonra təlimdə iştirak edən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı  qarnizonunun Nəsimi, Binəqədi, Yasamal Rayon Yanğından Mühafizə hissələrinin və 1 saylı Xüsüsi Təyinatlı Yanğından Mühafizə Hissəsinin qüvvələri “yanğın” baş vermiş ünvana operativ qaydada gələrək “tüstülənmiş” zonada “köməksiz vəziyyətdə qalan insanların təxliyəsi” və şərti yanğının “söndürülməsi” əməliyyatını qısa müddətdə uğurla icra ediblər.

Oxumağa dəyər:   "Əlilliyi alınandan sonra vəziyyəti kəskinləşdi" - Şizofreniya xəstəsinin başına gələnlər...

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video

Multimedia 14/05/2022 11:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 12-də respublika və beynəlxalq müsabiqələr laureatı, vokal ifaçısı Turan Səfərlinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk solo konserti baş tutub.

Saleh Bağırovun aparıcısı olduğu konsertdə anşlaq yaşanıb.

Dirijorluğunu Xalq artisti Fəxrəddin Kərimovun etdiyi musiqi axşamında T. Səfərli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini yüksək məharətlə ifa edib.

T. Səfərlinin “Çırpınırdı Qara dəniz” mahnısının sözlərini dəyişərək “Azərbaycan bayrağını Qarabağda asmışıq”, – deyə oxuması tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Onlar vokal ifaçısını ayaq üstə alqışlayıb.

Gecədə qonaq olan tarzən, Əməkdar artist Şəhriyar İmanov dünyaca məşhur “Pulse” əsərini ifa edib.

Tamaşaçılar arasında Müdafiə Nazirliyinin zabitləri, Vətən müharibəsi qaziləri, bir sıra səfirlik əməkdaşları, aparıcı Hacı Nuran Hüseynov və digərləri iştirak edib.

Konsertdə eyni zamanda Mərakeş Krallığının Bakıdakı səfirliyindən Tuger Fovzi öz xanımı ilə, Əlcəzair Xalq Demokratik respublikasınınn səfirinin xanımı Latifa Osmane və oğlu, Bakı Fransız Liseyinin Direktoru  Filip Cirot, liseydə çalışan fransız müəllimlər və digər səfirliklərin ailə üzvləri də iştirak edib.

Oxumağa dəyər:   Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? - VİDEO

Qeyd edək ki, hər zaman peşəkarlarla çalışan T. Səfərli bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, onun stili üzərində Elnur Həsənov çalışıb, səhnə libasını isə “BBAZE” geyim brendinin sahibi Brilliant Bəhmənova hazırlayıb.

 








İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin Şuşada kövrəldiyi an – Video

Multimedia 13/05/2022 14:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilib.

Tədbirdə Prezident İlham Əliyev kövrəlib.

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Multimedia 13/05/2022 12:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın innovativ yağ markası olan “Möcüzə” 8 may Beynəlxalq Analar Günü münasibəti ilə Bakı və Gəncə şəhərlərində tədbirlər təşkil edib.  

İllərdir mətbəxdə anaların bir nömrəli köməkçisi olan markanın keçirdiyi tədbirlərin əsas məqsədi uşaqlarla anaların arasındakı emosiyaların ön plana çəkilməsi olub. Hər kəsə məlumdur ki, bütün analar övladlarının nələri sevdiyini, hansı yeməyi bəyəndiyini bilir, bəs övladlar necə? Məhz bu sualdan yola çıxaraq tədbir təşkilatçıları tərəfindən uşaqlara analarını nə qədər çox tanıdığını öyrənmək məqsədi ilə onlar haqqında suallar ünvanlandı və doğru cavab verən uşaqlara analarına təqdim etmələri üçün hədiyyələr verildi.

 Hər zaman xanımları diqqət mərkəzində saxlayan “Möcüzə” brendinin bu tədbiri keçirməkdə  məqsədi  bütün analara bir daha “Sən özün bir möcüzəsən, Anacan!” demək olub. Möhtəşəm tədbir maraqlı görüntünün fonunda , uşaqların səmimi sözləri və anaların xoşbəxtliyi ilə yaddaşlarda qalıb.

Çox maraqlı alınmış videonu izləmək üçün linkə keçid edin:

Oxumağa dəyər:   Vladimir Putinin İrana səfəri gözlənilir

 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video

Multimedia 12/05/2022 15:51
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Rusiya azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu axtarışa verib.

Rövşən Əsgərov jurnalist, “İ Qryanul Qrem” yutub kanalının müəllifi Vadim Radionova müsahibəsində Rusiyadan Azərbaycana köçməsinin səbəbini açıqlayıb.

“Küçə ilə gedirsən və teatr binasının üzərində nasist svastikası görürsən, belə bir ölkədə necə yaşamaq olar?! Artıq sadəcə olaraq burada yaşaya bilmirsən. İnsanların toplaşdığı və faşist şüarlarının səsləndirildiyi bir ölkədə necə yaşamaq olar?! Orada yaşamaq mümkün deyil”, – deyə o bildirib.

R. Əsgərovun sözlərinə görə, Rusiya onunla yaxşı davranmayıb: “Bu ölkə mənimlə elə davrandı ki, artıq ona doğma bir şey kimi baxmırsan. Bu, dəhşətlidir. Təsəvvür edin ki, orada yaşayırsınız və bir nənəniz var. O, sizi yedizdirib-içizdirir və bir gün baltanı götürür, hər şeyi dağıtmağa və sizin arxanızca qaçmağa başlayır. Siz isə qaçırsınız”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən sutka 7 nəfər xilas edilib – Video

Multimedia 12/05/2022 12:45
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda körpüyə çıxaraq intihara cəhd edən 1 nəfər xilas olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 16/05/2022 17:17

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Read more
Multimedia 16/05/2022 17:10

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Read more
Multimedia 16/05/2022 17:05

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Read more
Multimedia 15/05/2022 11:42

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Read more
Multimedia 14/05/2022 22:54

İlham Əliyev Türkiyədə – Video+

Read more
Multimedia 14/05/2022 19:35

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Read more
Multimedia 14/05/2022 18:07

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Read more
Multimedia 14/05/2022 17:26

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Read more
Multimedia 14/05/2022 16:18

İlham Əliyev açılışda çıxış edir – Video+

Read more
Multimedia 14/05/2022 15:09

İlham Əliyev Türkiyədə – Canlı – VİDEO

Read more
Multimedia 14/05/2022 12:06

Metroda yanğın təlimi – Video+Foto

Read more
Multimedia 14/05/2022 11:09

İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video

Read more
Multimedia 13/05/2022 14:21

Prezidentin Şuşada kövrəldiyi an – Video

Read more
Multimedia 13/05/2022 12:32

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Read more
Multimedia 12/05/2022 15:51

“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video

Read more
Multimedia 12/05/2022 12:45

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 12/05/2022 11:35

Su arxına yıxılan gənc belə xilas edildi – Video

Read more
Multimedia 12/05/2022 10:27

ASAN növbə sistemində yenilik – Video

Read more
Multimedia 12/05/2022 09:33

Rüşvət alarkən tutulan xəstəxana direktoru hakim qarşısına çıxarılır – VİDEO

Read more
Multimedia 12/05/2022 00:27

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – Video

Read more
Multimedia 11/05/2022 13:32

İcra başçısı şəhid atalarını qəbul etməyib? – Açıqlama + Video

Read more
Multimedia 11/05/2022 11:48

“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı! – Fotolar+Video

Read more
Multimedia 10/05/2022 18:56

Fuad Axundov: “Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq” – VİDEO

Read more
Multimedia 10/05/2022 15:11

DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət etdilər – VİDEO

Read more
Multimedia 10/05/2022 14:59

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 08/05/2022 13:44

Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO

Read more
Multimedia 07/05/2022 17:41

Rusiya Ukraynanın Odessa şəhərini intensiv raket atəşinə tutub – VİDEO

Read more
Multimedia 06/05/2022 16:39

Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir – VİDEO

Read more
Multimedia 05/05/2022 12:18

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib – VİDEO

Read more
Multimedia 27/04/2022 00:08

Bakıda bu meyvənin kilosu 80 manata satılır – Video

Read more
Multimedia 26/04/2022 23:17

Fitrə zəkatı nə qədər verilməlidir? – Video

Read more
Multimedia 26/04/2022 13:08

807 obyektdə qaz balonları yığışdırıldı – Video

Read more
Multimedia 25/04/2022 21:32

Azərbaycanın fəxrinin doğum günüdür – VİDEO

Read more
Multimedia 25/04/2022 20:59

12 yaşlı Nuray üçün 500 min manat toplandı – Video

Read more
Multimedia 25/04/2022 15:29

Polis “Kubinka” və “Papanin”də əməliyyat keçirdi – Video

Read more
Multimedia 24/04/2022 01:44

Çavuşoğlu etiraz edən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla