Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli fərmanı ləğv edilib.

Qeyd edək ki, 19 yanvar 2019-cu il fərmanı ilə yaradılan ‘Azərsilah’ Müdafiə Sənayesi Nazirliyinin ləğvi əsasında yaradılmalı idi. Bu gün imzalanan sərəncamla isə ‘Azərsilah’ özü ləğv edilib və Müdafiə Sənayesi Nazirliyi bərpa olunub. Yeni nazirliyə DTX-dən azad edilən Mədət Quliyev rəhbər təyin olunub.