Vladimir Zelenskinin inauqurasiya çıxışı zamanı Ukrayna Ali Radasının “Petro Poroşenko bloku” fraksiyasından olan deputatı Nikolay Palamarçukun halı pisləşib.

Olay Zelenskinin çıxışında Ali Radanı buraxacağını elan etdiyi an yaşanıb.

Deputatın qəfildən təzyiqi yüksəlib. Nəticədə həmkarları təcili yardım çağırmalı olublar və millət vəkili araba ilə parlament binasından çıxarılıb.

Hazırda xəstəxanada olan deputatın hipertenziyalı böhranı olduğu bildirilib.

 

İstinadlar Qafqazinfo