
Gələn ay keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qaytarılmasına başlanılacaq.
Bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, gələn ay biz 30 il aradan sonra doğma şəhərlərinə qayıdan ilk köç karvanını qarşılayacağıq. Yeni yaşayış massivində 370 ailə mənzillə təmin olunacaq.