“Bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Azərbaycandakı xarici diplomatlarla birlikdə Füzulinin işğaldan azad olunan Merdinli kəndində olarkən deyib.