“Bu dəfə Qarabağa səfər edən diplomatik korpus nümayəndələri Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda görülən quruculuq işləri ilə yerində əyani tanış olurlar”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Əvvəllər Qarabağa səfər edən qonaqlara Ermənistan tərəfindən törədilmiş dağıntıları göstərilirdisə, indi bu, dəyişir, məqsədimiz ərazilərimizdə görülən quruculuq işlərini göstərməkdir”, – o deyib.

PA rəsmisi vurğulayıb ki, postmünaqişə dövründən quruculuq işləri görən Azərbaycan bu mənada nümunəyə çevrilib: “Azərbaycan yenidənqurma işlərini beynəlxalq təşkilatlar və donorlar hesabına yox, öz vəsaiti ilə aparan yeganə ölkədir”.

İstinadlar Report