“Prezident İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

Azərbaycanın müasir beynəlxalq münasibətlər və iqtisadi əlaqələr sistemində olduqca fəal bir dövlət olduğunu qeyd edən deputat bildirib ki, əvvəla formalaşdırılmış hərtərəfli potensial ən müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün imkanlar yaratmaqdadır: “Nəzərə almaq lazımdır ki, xüsusilə enerji və nəqliyyat sahələrində Azərbaycan ən vacib layihələrin təşəbbüskarı, eyni zamanda əsas iştirakçılarından biridir. Təbii ki, bu da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırasını davamlı olaraq genişləndirməkdədir”.

İstinadlar Report