Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilərin Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

Media bu münasibətlə Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb.

Şəlalə xanım sevinc göz yaşlarını saxlaya bilməyib:

“Gözümüz aydın. Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum. Onun sürprizi dünənki ömürlük həbs cəzasından sonra bizə çox böyük hədiyyə oldu. Dövlət başçımıza çox minnətdarıq. Allah onu başımızdan əskik etməsin”.

İstinadlar Qafqazinfo