Prezidentdən yeni təyinat

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə yeni icraçı direktor təyin edib.

Dövlət başçısının imzaladığı sərəncamla Mərkəzin icraçı direktoru Rəvan Vaqif oğlu Həsənov təyin edilib.

Prezidentdən yeni – Təyinat

 Prezident İlham Əliyev Sadiq Sadıqovun Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Prezidentdən yeni – Təyinat

Naxçıvan Müəllimlər İnstitutuna yeni rektor təyin edilib.

Bu barədə prezident İlham Əliyev bu gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib.

Prezidentdən yeni – Təyinat

Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Prezidentdən yeni təyinat

Kamran Sultan oğlu İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.