Azərbaycan Prezidenti İlham Əliyev Qüdrət Qurbanovla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Q. Qurbanov Dövlət Dəniz Administrasiyasının Rəhbəri və Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidentidir.