Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. 

Mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də var. 

Əməkdar incəsənət xadimi teatr rejissorluğu sahəsində fəaliyyətinə görə təltif olunub. 

Qeyd edək ki, M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.