AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Meksikada 500 milyon barel həcmində neft yatağı aşkar olunub
  • Dünyanın ən bahalı Yeni il yolkası quraşdırıldı
  • ABŞ prezidenti: “Dünya Bankı Çinə kredit verməyi dayandırmalıdır”
  • Ağ Ev nümayəndələri yenidən impiçment dinləmələrində iştirak etməyəcək
  • İspaniyalı mütəxəsssilər səhər yeməyinə bu məhsulları uyğun bilir
  • Bu şəhərlərdə turistlərin sayı yerli sakinlərdən çoxdur
  • Ərdoğan 2020-ci ildə Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub
  • İlin ən populyar aktyor və aktrisaları açıqlandı
  • ABŞ hərbi bazasında hərbçilərə atəş açan şəxsin kimliyi məlum olub
  • Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb
  • İspaniyalı mütəxəsssilər səhər yeməyinə bu məhsulları uyğun bilir
  • Ərdoğan 2020-ci ildə Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub
  • ABŞ hərbi bazasında hərbçilərə atəş açan şəxsin kimliyi məlum olub
  • Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb
  • ABŞ İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər
  • “Alimlər gəlib bu yazıların tərcüməsini təqdim etsinlər”
  • Millət vəkili Yevda Abramov vəfat etdi
  • Rusiyanın Ermənistandakı hərbi bazasının bəzi məlumatları məxfi saxlanılır
  • “Gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub”
  • Bakıda beynəlxalq konfrans keçirildi
  • Floridada hərbi bazada atışma olub, ölənlər və yaralananlar var
  • Türkiyə XİN: “S-400” sistemləri səbəbindən ABŞ-la yaranan ziddiyyətləri aradan qaldırmaqda maraqlıyıq
  • Azərbaycan sərhədini indi növbəsiz keçmək olacaq – Gömrükdə yenilik + Qaydalar videoda
  • Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib
  • Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb
  • “Harmony OS” ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Prezidentdən 10 milyonuncu uşağa möhtəşəm hədiyyələr – VİDEO
09/04/2019 11:55
“Prado”nun sürücüsü özünü çətinə saldı – Video
06/12/2019 16:02
Nigeriyada neft kəməri partlayıb, 7 nəfər ölüb – VİDEO
06/12/2019 12:17
“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video
04/12/2019 18:22
Ukraynada kollec binasında yanğın baş verib – VİDEO
04/12/2019 16:57
Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO
04/12/2019 13:57
Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO
03/12/2019 12:27
Əlilliyi olan şəxslərlə necə davranaq? – Video
03/12/2019 12:14
Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu – Video
02/12/2019 14:42
Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin təlimləri başlayıb – VİDEO
02/12/2019 14:00
Bakıda BMW məşhur otelə belə çırpıldı – Video+ Fotolar
02/12/2019 09:52
Millət vəkili parlamentdə sevgilisinə evlilik təklifi etdi – Video
01/12/2019 22:22
NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb – VİDEO
01/12/2019 04:52
“Tarixi ana şahidlik edirik” – Ərdoğan+Video
30/11/2019 17:22
Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı – Video
30/11/2019 13:32
Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi – Fotolar + Video
30/11/2019 11:23
“Qarabağ üçün oxu-3″ün kastinqi başlayır – VİDEO
29/11/2019 12:49

Video xəbərlər

  • “Prado”nun sürücüsü özünü çətinə saldı – Video
  • Nigeriyada neft kəməri partlayıb, 7 nəfər ölüb – VİDEO
  • “Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video
  • Ukraynada kollec binasında yanğın baş verib – VİDEO
  • Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO

Sorğu

  • Sorğu arxivi

Xəbər Lenti

07/12/2019
08:47 Meksikada 500 milyon barel həcmində neft yatağı aşkar olunub
07:47 Dünyanın ən bahalı Yeni il yolkası quraşdırıldı
07:37 ABŞ prezidenti: “Dünya Bankı Çinə kredit verməyi dayandırmalıdır”
06:29 Ağ Ev nümayəndələri yenidən impiçment dinləmələrində iştirak etməyəcək
06:27 İspaniyalı mütəxəsssilər səhər yeməyinə bu məhsulları uyğun bilir
05:17 Bu şəhərlərdə turistlərin sayı yerli sakinlərdən çoxdur
04:27 Ərdoğan 2020-ci ildə Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub
04:02 İlin ən populyar aktyor və aktrisaları açıqlandı
03:57 ABŞ hərbi bazasında hərbçilərə atəş açan şəxsin kimliyi məlum olub
03:07 Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb
02:32 Moskva aeroportlarında 30-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib
01:37 Qəbələdə ağır qəza, ölən var
01:34 BMT-nin baş katibi insan hüquqları üzrə köməkçisini dəyişib
01:32 ABŞ İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər
01:02 Ufada veteranın pensiyasını peçenye ilə ödədilər
00:37 Gürcüstan deputat qardaşları Rusiyaya ekstradisiya etdi
06/12/2019
23:37 “Alimlər gəlib bu yazıların tərcüməsini təqdim etsinlər”
21:00 Millət vəkili Yevda Abramov vəfat etdi
20:57 Rusiyanın Ermənistandakı hərbi bazasının bəzi məlumatları məxfi saxlanılır
20:47 “Gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub”
20:22 Bakıda beynəlxalq konfrans keçirildi
20:19 Floridada hərbi bazada atışma olub, ölənlər və yaralananlar var
20:17 Türkiyə XİN: “S-400” sistemləri səbəbindən ABŞ-la yaranan ziddiyyətləri aradan qaldırmaqda maraqlıyıq
19:57 Divara yapışdırılmış banan 120 minə satıldı – Fotolar
19:37 Azərbaycan gündəlik neft hasilatını azaldacaq
18:27 Azərbaycan sərhədini indi növbəsiz keçmək olacaq – Gömrükdə yenilik + Qaydalar videoda
17:52 Gələn həftə üçün məzənnə
17:42 Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib
17:39 İstirahət günlərində hava necə olacaq?
17:35 İqor Babuşkin Azərbaycan İş Mərkəzində – Foto
17:32 Ənənəvi nəqliyyat vasitələrinin alternativi hazırlanıb
17:29 “5G” dəstəkli “Xiaomi” smartfonları iki rejimdə işləyəcək
17:27 “Harmony OS” ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq
17:26 Filippin prezidenti potensial xələflərinin adlarını açıqlayıb
17:19 “Apple” şirkəti “iPhone” istifadəçilərini daima izləyir?
17:12 “Alibaba”nın alqoritmi dodaqdan əvvəllər əlçatmaz olan dəqiqliklə oxuyur
17:07 Paşinyan Aşotyanı məyus edib – “Azərbaycan mövqeyini daha da tanıtdı”
16:57 “Relax”dakı davada Vergilər Nazirliyinin bu əməkdaşları döyülüb
16:52 Bibisinin evindən tanışları ilə birgə oğurluq etdi
16:20 “Ford”u “KamAZ”a çırpdı, sərnişini öldü
16:17 Xəzər rayonunda da ağacəkmə aksiyası keçirilib
16:09 Çin ABŞ diplomatlarına məhdudiyyət tətbiq edib
16:07 “Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi
16:02 “Prado”nun sürücüsü özünü çətinə saldı – Video
15:47 Qadını döyərək maşınına oturub getdi
15:33 İlham Əliyevlə Mehriban Əliyeva gənclərlə bir arada – Fotolar
14:37 Yunis Səfərovun məhkəməsi başlayır
14:32 Evlərdən oğurluq edib satdılar
14:29 “Mən gələndən misli görünməmiş silahlar almışıq” – Paşinyan
14:17 Bıçaqla hədələyib “Qələbə”yə sürdürdü
14:12 Siyavuş Novruzov: Müxalifət səmərəli işlə məşğul olsun, gedib ağac əksinlər
14:12 İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar
14:04 “Misiroğlu”nun 227 kq əti məhv edildi
14:02 Maddənin ən kiçik hissəciklərini birləşdirə bilən yapışqan hazırlanıb
13:57 Kontaktsız ödənişlər üçün yeni təhlükəsizlik standartı təqdim olunub
13:54 Yeni rektoru kollektivə Vasif Talıbovun oğlu təqdim etdi – VİDEO
13:46 Özbəkistan öz ‘Hollivud’unu yaradır
13:37 “Azərbaycanın ekologiya tarixində özəl gündür”
13:17 Sabaha yağış, qar gözlənilir
12:47 Prezidentlə xanımı Şamaxıda ağacəkmədə – FOTOLAR

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Prezidentdən 10 milyonuncu uşağa möhtəşəm hədiyyələr – VİDEO

Xəbər 09/04/2019 11:55
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.
Dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət etdilər.
Rauf Həsənov: 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.
Prezident İlham Əliyev: Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
Rauf Həsənov: Biz gözləmirdik ki, bizim körpəmiz Azərbaycanın 10 milyonuncu sakini olar.
Prezident İlham Əliyev: Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.
Rauf Həsənov: Mənim xəbərim yox idi. Mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə Siz təbrik etmisiniz.
Prezident İlham Əliyev: Bəli, bəli.
Rauf Həsənov: Çox sağ olun, çox minnətdarıq.
Birinci xanım Mehriban Əliyeva: Çox göyçək uşaqdır.
Prezident İlham Əliyev: Bu, sizin birinci uşağınızdır?
Rauf Həsənov: Bəli, ilk övladımızdır.
Birinci xanım Mehriban Əliyeva: İlk uşağınızdır?
Nigar Ocaqova: Bəli, ilk uşağımızdır.
Birinci xanım Mehriban Əliyeva:Maşallah, Allah qorusun.
Rauf Həsənov: Elə ilk olaraq Siz təbrik etdiyinizə görə adını da Sizin adınızı qoyduq.
Nigar Ocaqova: Siz də xeyir-duasını verin.
Birinci xanım Mehriban Əliyeva: Verirəm. Xoşbəxt böyüsün, sağlam böyüsün.
Prezident İlham Əliyev: Bu hadisəni bütün xalqımız bayram edir.
Rauf Həsənov: Bəli, bütün ölkəmiz bayram edir. Biz də çox sevincliyik, çox sevinirik.
Nigar Ocaqova: Biz də şəhərimizin belə gözəl tibb ocaqlarının olmasına sevinirik. Perinatal Mərkəzin direktoru Sevinc xanıma, körpənin sağlam şəkildə dünyaya gəlməsinə görə Rübabə xanıma təşəkkürümüzü bildiririk. Sağ olsunlar.
Prezident İlham Əliyev: Bu mərkəz çoxdan fəaliyyət göstərirdi. Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir. Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar tikilir. Yəni, indi tibbi xidmət almaq üçün bütün şərait var.
Birinci xanım Mehriban Əliyeva:Götürmək olar balacanı?
Rauf Həsənov və Nigar Ocaqova:Buyurun.
Birinci xanım Mehriban Əliyeva:Maşallah.
Nigar Ocaqova: Maşallah gününüz olsun.
Birinci xanım Mehriban Əliyeva: Allah qorusun! Xoşbəxt, sağlam, analı-atalı böyüsün!
Rauf Həsənov: Çox sağ olun ki, gəldiniz.
Prezident İlham Əliyev: Bu, Həsənova Mehriban Rauf qızının sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu sizə təqdim edirəm.
Rauf Həsənov: Çox sağ olun.
Prezident İlham Əliyev: Bu həmin sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır.
Rauf Həsənov: Çox sağ olun.
Prezident İlham Əliyev: Gözəl balanızın hesabına vəsait də köçürülür.
Rauf Həsənov: Çox sağ olun. Allah Sizdən razı olsun.
Prezident İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.
Rauf Həsənov: Çox sağ olun. Sizə minnətdaram.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Təbrik edirik.

InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Prado”nun sürücüsü özünü çətinə saldı – Video

Multimedia 06/12/2019 16:02
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir avtomobil kameralara düşüb.

Heydər Əliyev prospektində – “ASK Arena” stadionunun qarşısında “Toyota Prado” markalı, 99 AG 835 nömrə nişanlı avtomobilin sürücüsü qadağan edilmiş yerdə zolağı dəyişmək istəyib. 

Bu məqsədlə o ayırıcı zolağın üstünə çıxıb. Lakin ayırıcı sədd hündür olduğundan maşının təkərləri yerdən üzülüb və sürtünmə azaldığından avtomobilin sürücüsü çıxılmaz vəziyyətdə qalıb. Hərəkəti davam etdirə bilməyən sürücü digər hərəkət iştirakçılarından kömək istəyib.

Hadisənin videosunu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Nigeriyada neft kəməri partlayıb, 7 nəfər ölüb – VİDEO

Multimedia 06/12/2019 12:17
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Nigeriyanın iqtisadi paytaxtı Laqos şəhərinin şimal-şərqində Nigeriya Milli Neft Korporasiyasının magistral boru kəmərindən qanunsuz çəkilən yeraltı boru kəmərində partlayış baş verib.

Hadisə nəticəsində 7 nəfər ölüb.

Polis qeyd edir ki, Alimoşo rayonunda yaşayış məntəqəsinin yaxınlığından keçən neft boru kəmərinə bir neçə “qol” əlavə edilib, çox sayda avadanlığın olması və yaradılan infrastruktur qanunsuz biznesin xeyli müddətdir mövcud olduğunu göstərir.

Partlayışdan sonra yanğın başlayıb, yanğın yaxınlıqdakı evlərə yayılıb.

Polis neft oğurluğunda şübhəli bilinən bir neçə şəxsi saxlayıb. Bu, son aylarda Alimoşo bölgəsində boru kəmərində baş verən üçüncü partlayışdır. Əvvəlkilər kimi, bu da qanunsuz olaraq “qara qızıl” əldə etmək cəhdləri səbəbindən baş verib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video

Multimedia 04/12/2019 18:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Bu “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: “”Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir”.

“Azəriqaz” həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb.

InstagramdaInstagramda izlə
Twiter-də izlə

Ukraynada kollec binasında yanğın baş verib – VİDEO

Multimedia 04/12/2019 16:57
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Ukraynanın Odessa şəhərində kollec binasında yanğın baş verib.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, yanğın Odessa İqtisad, Hüquq, Mehmanxana, Restoran Biznesi Kollecinə məxsus altımərtəbəli tədris binasının üçüncü mərtəbəsində başlayıb.

2 min kvadratmetr sahəni əhatə edən yanğınla bağlı 40 nəfərdən çox şəxs təxliyyə olunub. Aralarında üç nəfər yanğın xidməti əməkdaşı da olan 13 nəfər xəstəxanaya yerləşdirilib.

Hazırda təxliyyə işləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO

Multimedia 04/12/2019 13:57
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi Nadir Mehdiyev Xalq artisti Rafael Dadaşovun səhhəti barədə açıqlama verib. 

O, “Səni axtarıram” proqramına telefonla bağlanaraq aktyorun son durumundan danışıb:

“Hazırda vəziyyəti stabildir. Rafael müəllim illər əvvəl bizdə ürəyindən əməliyyat olunub. İndi təngnəfəsliyi olub, xəstəxanaya gətirdilər. Tez müayinədən keçirdik. Aydın oldu ki, təngnəfəslik ürəklə bağlı deyil. Ağciyərlərində də xəstəlik var. Konsultasiya etmişik, özü ilə söhbət etmişik. Reanimasiyada deyil, intensiv terapiya palatasındadır. Vəziyyəti yaxşı olsa, palataya köçürəcəyik”. 

Bundan əlavə, Nadir Mehdiyev Xalq artistinin qızı Səidə Dadaşovanın “xəstəxana pul istəyir” iddiasına da cavab verib: “Dünən zəng vurub dedilər ki, Rafael Dadaşov xəstəxanaya gətirilib. Söylədim ki, heç bir ödəniş alınmayacaq, pulsuz olacaq”. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO

Multimedia 03/12/2019 12:27
Paylaş Whatsapp Twitter Facebook A+ A-

“FOX 10 Phoenix” telekanalı ABŞ Prezidenti Donald Trampın Ağ Evdən ayrılan zaman helikopterlə uçuş öncəsi hərəkətlərinin videosunu paylaşıb.

Jurnalistlərin diqqətini incə məqam çəkib.

Belə ki, D.Tramp helikopterə doğru irəliləyərkən onun birgə uçmalı olan həyat yoldaşı Melaniyanı “unutduğu” iddia edilir. Videoda Trampın yarı yolda ayaq saxladığı və xanımının da gəlməsini gözlədiyi aydın görünür.

Qeyd nedək ki, bu cütlük dəfələrlə çətin vəziyyətlərə düşməsi ilə diqqət mərkəzində olub. Məsələn, Çexiyanın baş naziri Andrey Babişin Ağ Evə səfəri zamanı Tramp fotosessiya üçün onu gözləyən həyat yoldaşını unudub və qonaqla içəriyə daxil olub. Melaniya isə Floridada keçirilən tədbir zamanı həyat yoldaşı ilə şəkil çəkdirməkdən imtina edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Əlilliyi olan şəxslərlə necə davranaq? – Video

Multimedia 03/12/2019 12:14
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Xeyirxah Platforması “Əlilliyi olan şəxslərlə davranış qaydaları”ndan bəhs edən videoçarxı təqdim edib.

Beynəlxalq Əlillər Günü ərəfəsində təqdim olunan videoçarx əlilliyi olan şəxslərlə davranış qaydaları və onlara müraciət formalarını təbliğ etmək, eləcə də bu qaydaların internet üzərindən əlçatanlılığını təmin etmək məqsədilə ərsəyə gətirilib. 

Videoçarxı izləmək üçün linki təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu – Video

Multimedia 02/12/2019 14:42
Paylaş Whatsapp Twitter Facebook A+ A-

SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovun 1990-cı illərdə ABŞ-ın “Pizza Hut” restoranlar şəbəkəsinin reklamında rol almağının səbəbi məlum olub.

“The foreign Policy” nəşrinin müxbiri Pol Masqreyv bildirib ki, Qorbaçovun reklamda iştirak etməsinin səbəblərindən biri pula ehtiyacı idi. Keçmiş sovet rəhbərinə böyük bir pensiya təyin olunmuşdu, lakin 1994-cü il hiperinflyasiya onu ayda iki dollara endirdi. Bundan əlavə, Qorbaçov Fondu Rusiyanın o vaxtkı Prezidenti olmuş Boris Yeltsinə qarşı idi.

O zamanlar isə “Pizza Hut” xüsusən də Rusiya bazarında genişlənirdi. Digər pizza restoranları ilə yüksək rəqabət reklam kampaniyasını böyük məbləğdə pul xərcləməyə məcbur edib. Qorbaçov iki şərtlə çəkilməyə razı olub: videonun son ssenarisini şəxsən özü təsdiqləyəcək və kadrda pizza yeməyəcək. O, bunu keçmiş dövlət başçısı olmağı ilə əsaslandırıb. Nəticədə, nəvəsi Anastasiya Qorbaçovla bir reklam çarxında rol alıb.

Qorbaçovun reklamdakı roluna görə aldığı qonorar barədə rəsmi məlumat yoxdur. Ancaq nəşrin hesablamalarına görə, siyasətçi 2019-cu ilin qiymətləri ilə müqayisədə təxminən bir milyon dollar əldə edib.

Oxumağa dəyər:   DYP instaqram hesabı açdı

Qeyd edək ki, Mixail Qorbaçovun rol aldığı reklam 1997-ci ildə çəkilib. Videoda müştərilər keçmiş Sovet Prezidentinin siyasətinin nəticələri barədə mübahisə edir, fəaliyyətinə ziddiyyətli qiymətlər bildirirlər. Sonda artıq Qorbaçovun sayəsində pizza yeyə bildikləri ilə razılaşırlar.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin təlimləri başlayıb – VİDEO

Multimedia 02/12/2019 14:00
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.

Təlimlər Raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər.

Təlimlər zamanı Raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.

InstagramdaInstagramda izlə
Twiter-də izlə

Bakıda BMW məşhur otelə belə çırpıldı – Video+ Fotolar

Multimedia 02/12/2019 09:52
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.Hadisə Neftçilər prospektində baş verib.

Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı BMW markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əvvəlcə Rəşid Behbudov küçəsinə dönən “Ford” markalı nəqliyyat vasitəsinə dəyib. Daha sonra BMW zərbənin gücündən “Park İNN” otelinin giriş qapısına çırpılıb.

“BMW”nin sürücüsü ağır xəsarət alıb, avtomobil yararsız hala düşüb. Otelə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Neftçilər prospektində sıxlıq yaranıb.

Qeyd edək ki, BMW əvvəlcə “Auidi” markalı maşının arxa hissəsinə toxunub və hərəkətə davam edib. “Audi”nin sürücüsü isə ona saxlaması üçün xəbərdarlıq edib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Millət vəkili parlamentdə sevgilisinə evlilik təklifi etdi – Video

Multimedia 01/12/2019 22:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

İtaliya parlamentində maraqlı anlar yaşanıb.

Millət vəkili Flavio Di Muro çıxışı zamanı sevgilisi Elisa adlı qıza evlənmə təklifi edib. Bu zaman onun sevgilisi ziyarətçilər sırasında əyləşib.

Həmkarları Flavionu alqışlasa da, spiker Roberto Fiko narazılığını bildirib. O, parlamentdə çıxışdan bu məqsədlə istifadə etməyi doğru hesab etməyib.

Qeyd edək ki, Flavio Di Muro ölkədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məsələsinin müzakirəsi zamanı sevgilisinə evlənmə təklifi edib. Onun bu cür davranışı İtaliyada bəziləri tərəfindən xoş qarşılanmayıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb – VİDEO

Multimedia 01/12/2019 04:52
Paylaş Whatsapp Twitter Facebook A+ A-

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın ittifaq üçün əsas təhlükə olduğunu bildirib.

Bu barədə “France 24” xəbər verib.

O, bildirib ki, Rusiya nüvə silahının müasirləşdirilməsi ilə məşğul olur, orta və kiçik mənzilli raketlərinin zərərsizləşdirilməsi haqqında müqaviləyə riayət etmir. Bundan başqa, NATO baş katibi rəsmi Moskvanı öz hərəkətlərində inadlı adlandırıb.

Stoltenberq ittifaqın özünü “tarixdə ən güclü və müvəffəqiyyətli” kimi qiymətləndirib.

Onun fikirincə, NATO üzvləri tez dəyişən dünyaya müvəffəqiyyətlə uyğunlaşa biliblər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Tarixi ana şahidlik edirik” – Ərdoğan+Video

Multimedia 30/11/2019 17:22
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa Bağlantısının açılış mərasimində çıxış edib.

Ərdoğan çıxışında deyib:

“Ölkələrimiz və bölgəmiz adına tarixi bir ana şahidlik edirik. Bunun regional bir layihə, sülh layihəsi olduğunu da xüsusilə vurğulmaq istərdim. Bu layihə, hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur. TANAP Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsidir.

2012-ci ilin iyunundan TANAP-ın həyata keçməsi üçün böyük əmək sərf olunub. Daxildən və xaricdən qeyri-sabitliyə, regional gərginliyə, hətta qaynar münaqişələrə baxmayaraq, TANAP-ı planlaşdırıldığı kimi irəlilətdik”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı – Video

Multimedia 30/11/2019 13:32
Paylaş Whatsapp Twitter Facebook A+ A-

Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub.

Saat 15:50 radələrində 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi “Khazar SD” markalı 90 PZ 116 nömrəli avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi “Mercedes Benz-190” markalı 10 MR 766 nömrəli maşını arxadna vurub.

Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb.

Nəticədə sürücü Ağarza Ağayev və sərnişini, 1994-cü il təvəllüdlü Rəşad Həsənov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi – Fotolar + Video

Multimedia 30/11/2019 11:23
Paylaş Whatsapp Twitter Facebook A+ A-

YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına şiddətə son!” sosial layihəsi bu il də baş tutub.Tədbir “Liatris Holding”, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə gerçəkləşib.

Tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, sənətçilər, iş adamları və media nümayəndələri iştirak edib. Aparıcılıq isə Leyla Quliyevaya həvalə edilib. Tədbirdə öncə Azərbaycanın çağdaş qadın rəssamlarının “Daha gözəl dünya üçün qadına şiddətə son!” adlı sərgisi təqdim olunub.

Aynur Sakitqızı və Gülüstan Qayıbovanın hazırladığı sərgidə 20 xanım rəssamın əsərləri nümayiş olunub. Müxtəlif janrlarda çəkilən əsərlərdə Azərbaycan xanımının rəngli dünyası əks olunub.Daha sonra layihə çərçivəsində hazırlanan sosial çarxlar təqdim olunub.

Kamran Ağabalayevin rejissorluğu ilə ərsəyə gələn “Səssizsiniz” sosial çarxında kişi şiddəti, zorakılıq, qadınların qətlə yetirilməsi xoreoqrafik rəqslə simvolik şəkildə nümayiş olunub.

Qobustanda “Qadın daşı”nın ətrafında, eləcə də, son zamanlarda qadın qətllərinin törədildiyi məkanlarda lentə alınan çarxın çəkilməsinin əsas məqsədi bir daha cəmiyyətin diqqətini bu sosial bəlaya yönəltməkdir.

Oxumağa dəyər:   Ərdoğan 2020-ci ildə Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub

Qeyd edək ki, sosial çarxdakı rəqsləri “Jam Group”un üzvləri Rəsul Həsənov və Nigar Soltanova ifa edib.

Növbəti sosial çarx isə atasından şiddət, təhdid görən, qardaşlarından ayrılmaq məcburiyyətində qalan, ən dəhşətlisi isə yaşadığı acılardan, stresslərdən əlil arabasına ömürlük məhkum olan 22 yaşlı Gülmirə Çərkəzlinin həyatına həsr olunub. 

Üçüncü sosial çarxın qəhrəmanı həyatındakı bütün çətinliklərə, ağrı-acılara baxmayaraq ayaqda qalan, əlacsız xəstəliyə belə baş əyməyən əzmi, yaşamaq istəyi ilə hər kəsə örnək olacaq “Yuğ” Teatrının aktrisası Zümrüd Qasımovadır.

Aktrisa bu çarxda həmcinslərinə “heç nə həyatınızdan önəmli deyil”, “heç kim üçün həyatından vaz keçmə” mesajını ötürür.

Tədbirdə təqdim olunacaq sonuncu sosial çarx isə “Üzr istəyirik” adlanır. Bu çarxda cəmiyyətin tanınmış şəxsləri- yazıçı, jurnalist, şair, aktyor, idmançı kişiləri qadınlara göstərilən hər cür zorakılıq, şiddətə görə Azərbaycan kişisi adından üzr istəyiblər. Bu çarx, eyni zamanda, əsl Azərbaycan kişisinin qadınına təzyiq göstərən, onu döyüb-söyən yox, övladlarını çox sevən ata, gözəl ailə başçısı, sədaqətli həyat yoldaşı olduğunu diqqətə çatdırmaq məqsədi daşıyır.

Oxumağa dəyər:   Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib

Tədbirdə sosial çarxların təqdimatıyla yanaşı, layihənin təşəbbüskarı və təşkilatçısı “Liatris Holding”in rəhbəri Ruhi xanım Əliyeva çıxış edib. O qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına həmişə böyük dəyər verilib, şəninə xoş sözlər söylənib: “Qadın hər zaman “Cənnət anaların ayağı altındadır”, “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” kimi ifadələrlə anılıb. Həm dini, həm də mental dəyərlərimiz qadına və qadın hüquqlarına hər zaman hörmət tələb edir.

Amma reallıq bir qədər başqadır. Reallıq bizi təəssüf doğuran səhnələrə, hadisələrə şahid edir. Qadınlar döyülür, təhdid, təhqir olunur, öldürülür…

Artıq 4 ildir ard-arda cəmiyyətimizi bu sosial bəla ilə mübarizəyə səsləyən sosial layihə həyata keçirirəm. Bu il isə “Qadına şiddətə son!”-a daha ciddi ehtiyac duyulduğu qənaətindəyəm. Çünki son zamanlar cəmiyyətimizdə qadınlarımıza qarşı daha amansız davranışlar, övladlarının gözü qarşısında qətlə yetirilmələr, fiziki, mənəvi alçaldılmalarla bağlı xəbərlər alırıq. Bu da məni həm vətəndaş, həm Azərbaycan xanımı, həm ana kimi çox narahat edir.

Oxumağa dəyər:   "İlham Əliyevin yüksək reytinqinin olması bizə bu inamı verir ki..."

Bu səbəbdən də cəmiyyətimizin ictimai-siyasi xadimləri, millət vəkilləri, ziyalıları, söz və sənət adamlarını bir daha bu məsələnin müzakirəsinə dəvət etdim. Düşünürəm ki, bu dəfəki layihəmiz qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində aparılan işə təhfələr verəcək”.

Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Araz Babayev, millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva və başqa elm və incəsənət xadimlərinin də çıxışı olub.

Video, Məmmədov






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

“Qarabağ üçün oxu-3″ün kastinqi başlayır – VİDEO

Multimedia 29/11/2019 12:49
Paylaş Whatsapp Twitter Facebook A+ A-

İzləyicilər tərəfindən çox sevilən və xeyli müddətdir ki, böyük maraqla davamı gözlənilən “Qarabağ üçün oxu” layihəsinin 3-cü hissəsinin kastinqi başlayır.

Layihənin rəhbəri Ramal Rəsuldur.  “Məndən bəlkə də yüzlərlə, minlərlə dəfə soruşublar ki, “Qarabağ üçün oxu”nun üçüncü hissəsi nə vaxt hazır olacaq? Nəhayət, bizi gözləyənlərə müjdə verə bilərəm: az qaldı, ən uzağı 3 aya sizə elə bir musiqi ziyafəti təqdim edəcəyik ki, dadı uzun zaman damağınızdan getməyəcək,- deyə R. Rəsul AzVision-az-a bildirib.

Layihədə iştirak etmək istəyənlər

[email protected]

https://www.facebook.com/qarabaguchunoxu

https://www.instagram.com/qarabag_uchun_oxu

ünvanlarına yaza, yaxud, layihəni rəhbəri Rəmal Rəsulla (0557536787) əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, layihənin əvvəlki iki buraxılışı youtube-da 2.1 milyon baxış toplayaraq, böyük marağa və rəğbətə səbəb olmuşdu. Həmin videoları da bir daha sizə təqdim edirik.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Twiter-də izlə

Həmçinin baxın

Multimedia 06/12/2019 16:02

“Prado”nun sürücüsü özünü çətinə saldı – Video

Read more
Multimedia 06/12/2019 12:17

Nigeriyada neft kəməri partlayıb, 7 nəfər ölüb – VİDEO

Read more
Multimedia 04/12/2019 18:22

“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı – Video

Read more
Multimedia 04/12/2019 16:57

Ukraynada kollec binasında yanğın baş verib – VİDEO

Read more
Multimedia 04/12/2019 13:57

Baş həkimdən Rafael Dadaşovun səhhəti haqda açıqlama – VİDEO

Read more
Multimedia 03/12/2019 12:27

Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını “unudub” – VİDEO

Read more
Multimedia 03/12/2019 12:14

Əlilliyi olan şəxslərlə necə davranaq? – Video

Read more
Multimedia 02/12/2019 14:42

Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu – Video

Read more
Multimedia 02/12/2019 14:00

Azərbaycan Ordusunun raket-artilleriya bölmələrinin təlimləri başlayıb – VİDEO

Read more
Multimedia 02/12/2019 09:52

Bakıda BMW məşhur otelə belə çırpıldı – Video+ Fotolar

Read more
Multimedia 01/12/2019 22:22

Millət vəkili parlamentdə sevgilisinə evlilik təklifi etdi – Video

Read more
Multimedia 01/12/2019 04:52

NATO baş katibi Rusiyanı əsas təhlükə adlandırıb – VİDEO

Read more
Multimedia 30/11/2019 17:22

“Tarixi ana şahidlik edirik” – Ərdoğan+Video

Read more
Multimedia 30/11/2019 13:32

Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı – Video

Read more
Multimedia 30/11/2019 11:23

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi – Fotolar + Video

Read more
Multimedia 29/11/2019 12:49

“Qarabağ üçün oxu-3″ün kastinqi başlayır – VİDEO

Read more
Multimedia 28/11/2019 20:09

Angela Merkel konfransda yıxılıb – VİDEO

Read more
Multimedia 28/11/2019 15:47

“Azərenerji” Romada qızıl mükafat aldı – Video

Read more
Multimedia 27/11/2019 16:02

FHN dəm qazıyla bağlı müraciət yaydı – Video

Read more
Multimedia 26/11/2019 11:17

Vəsiqə üçün gəldilər, öz fotoları əvəzinə döyülən qadın şəkli gördülər – Video

Read more
Multimedia 26/11/2019 01:32

Aksiyanın keçirildiyi küçədə şam edən Zurabişvili fitə basıldı – Video

Read more
Multimedia 25/11/2019 17:45

Kılıçdaroğlunun sözlərinə reaksiyasından sonra məşhurlaşdı… – VİDEO

Read more
Multimedia 25/11/2019 17:42

İranlı mühacirlər Almaniyada etiraz aksiyası keçirib – VİDEO

Read more
Multimedia 25/11/2019 11:55

“La Skala”nın solistləri Bakıda – Fotolar + Video

Read more
Multimedia 24/11/2019 15:37

Məktəblilər Heydər Əliyev adına Hərbi Liseydə olub – VİDEO

Read more
Multimedia 22/11/2019 13:28

Paraqvayda hərbi helikopter qəzaya uğrayıb – VİDEO

Read more
Multimedia 21/11/2019 12:02

“Azərenerji” SES-lərdə yeni sistem yaradır – Video

Read more
Multimedia 21/11/2019 12:02

“Azərenerji” SES-lərdə yeni sistem yaradır – Video

Read more
Multimedia 20/11/2019 23:47

Boliviyada aksiyalarda Moralesin 3 tərəfdarı öldürülüb, onlarla yaralı var – VİDEO

Read more
Multimedia 20/11/2019 16:52

Əfqanıstan İŞİD-i məğlub etdi – Aralarında Azərbaycan vətəndaşları da var+ Video

Read more
Multimedia 20/11/2019 03:52

Avropalıların Sami Yusufun “Nəsimi” kompozisiyasına reaksiyası – Video

Read more
Multimedia 19/11/2019 14:02

“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib – VİDEO

Read more
Multimedia 16/11/2019 13:22

Oktay Kaynarca da Bakıya gəlir – VİDEO

Read more
Multimedia 15/11/2019 10:47

Azərbaycanın Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir – VİDEO

Read more
Multimedia 15/11/2019 06:37

ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub – VİDEO

Read more
Multimedia 14/11/2019 15:42

Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2019 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla