Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Dövlət başçısı bu barədə yanvarın 14-ü Kiyevdə ukraynalı həmkarı ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, – deyə Azərbaycan Prezidenti qeyd edib.