AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Lukaşenko Putinlə danışdı
  • Lukaşenko və Putin arasında telefon danışığı baş tutub
  • İranda İzzəddin Həsənoğlunun məzarı dağıdıldı – Fotolar
  • Gədəbəydə iki qardaş bıçaq xəsarəti alıb 
  • Konqoda BMT-nin helikopterinə hücum olub, ölən və yaralanan var
  • Avstriya Alplarında son iki gündə qar uçqunlarında 8 nəfər ölüb
  • Ukrayna ordusu sabah “Leopard” tanklarında təlimlərə başlayacaq
  • Çilidə meşə yanğınları nəticəsində azı 23 nəfər ölüb
  • Xameneyi ölkədəki iğtişaşlarda həbs edilənlər barədə əfv qərarı verdi
  • Ceyhun Bayramov Mövlud Çavuşoğlunu doğum günü münasibətilə təbrik edib
  • Xameneyi ölkədəki iğtişaşlarda həbs edilənlər barədə əfv qərarı verdi
  • Ceyhun Bayramov səfirliyə hücum zamanı yaralananları ziyarət etdi
  • Vilayət Eyvazovdan yeni təyinat
  • İsrailin sabiq baş naziri: ” Ötən il Rusiya ilə Ukrayna arasında danışıqlar Qərb tərəfindən dayandırılıb”
  • Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
  • “Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video
  • Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
  • Türkiyənin ticarət naziri: “Ermənistanla sərhədlər Azərbaycanın hüquqlarının qorunacağı təqdirdə açılacaq”
  • Taleh Boradigahi Moskvada döyülüb? – “Əli silahlı dəstə qarşımı kəsdi”
  • İran prezidenti nəhayət ki, Xoya gəlib çıxa bildi…
  • Avropa İttifaqına üzv ölkələr Ukraynaya hərbçi göndərməyi düşünmür
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
  • Pakistanda növbəti partlayış – Yaralılar var
  • Türkiyədə avtobus aşıb – Ölənlər və yaralananlar var
  • Ukraynada Rusiyanın 131 mindən çox hərbçisi məhv edilib
  • Pərviz Müşərrəf vəfat edib
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Prezident və xanımının sənətkarlarla görüşündən maraqlı görüntülər – Video
03/12/2022 03:41
Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO
05/02/2023 17:20
“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video
05/02/2023 16:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
05/02/2023 12:17
Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO
05/02/2023 10:50
Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO
05/02/2023 01:08
Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO
04/02/2023 12:08
Şadlıq sarayları qiymətləri artırdı – Video
03/02/2023 20:32
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO
03/02/2023 15:02
Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video
03/02/2023 12:23
Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO
03/02/2023 10:29
Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO
02/02/2023 19:41
Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video
02/02/2023 15:08
Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO
02/02/2023 11:35
“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO
02/02/2023 11:08
Xətaidə marketdən oğurluq edən şəxs saxlanılıb – VİDEO
02/02/2023 10:38
“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video
02/02/2023 09:35

Video xəbərlər

  • Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO
  • “Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
  • Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO
  • Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

05/02/2023
21:41 Lukaşenko Putinlə danışdı
21:35 Lukaşenko və Putin arasında telefon danışığı baş tutub
21:11 İranda İzzəddin Həsənoğlunun məzarı dağıdıldı – Fotolar
21:08 Gədəbəydə iki qardaş bıçaq xəsarəti alıb 
21:05 Konqoda BMT-nin helikopterinə hücum olub, ölən və yaralanan var
20:41 Avstriya Alplarında son iki gündə qar uçqunlarında 8 nəfər ölüb
20:23 Ukrayna ordusu sabah “Leopard” tanklarında təlimlərə başlayacaq
19:47 Çilidə meşə yanğınları nəticəsində azı 23 nəfər ölüb
19:45 Xameneyi ölkədəki iğtişaşlarda həbs edilənlər barədə əfv qərarı verdi
19:17 Ceyhun Bayramov Mövlud Çavuşoğlunu doğum günü münasibətilə təbrik edib
19:11 KİV: “Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları Əfqanıstanı tərk ediblər”
18:35 Ceyhun Bayramov səfirliyə hücum zamanı yaralananları ziyarət etdi
18:17 İraqda üçmərtəbəli bina çöküb, ölənlər var
17:56 Vilayət Eyvazovdan yeni təyinat
17:53 İsrailin sabiq baş naziri: ” Ötən il Rusiya ilə Ukrayna arasında danışıqlar Qərb tərəfindən dayandırılıb”
17:49 Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
17:47 Baş Prokurorluq asfalta atılan uşağın valideynlərini belə müəyyən edibmiş – Rəsmi
17:38 Bu il Britaniyaya 65 minə qədər miqrant qeyri-qanuni yolla gedə bilər
17:35 Naftalanda qəza – İki nəfərin vəziyyəti ağırdır
17:20 Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO
17:08 Naftalanda ağır avtomobil qəzası olub, xəsarət alanlar var 
17:05 KİV: “Vaşinqton Ukraynada sülh yaxın ikən onun qarşısını alıb”
16:40 Masazırda küçəyə atılan yenidoğulmuş körpənin anası tapılıb
16:38 Bu gün neçə nəfər vaksin olunub?
16:35 Yoluxanların sayı açıqlandı
16:23 “Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video
15:59 Yeni doğulan körpəsini asfaltın üstünə atan ana saxlanıldı
15:57 Yumurta yemək ürəyə faydalıdır
15:55 Xankəndi-Laçın yolundakı aksiyada canlanma müşahidə edilir: etirazçılar dünya ictimaiyyətinə çağırış edir
15:53 Sorğu: Amerikalıların çoxu Baydenin evində gizli sənədlərin qəsdən saxlanıldığına inanır
15:35 Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
15:26 Almaniyada siyasi motivli hücumların sayı 20% artıb
14:41 FHN: Dəm qazından zəhərlənən iki azyaşlı xilas edilib
14:26 Çində 49 avtomobil toqquşub, azı 16 nəfər ölüb
14:02 Türkiyənin ticarət naziri: “Ermənistanla sərhədlər Azərbaycanın hüquqlarının qorunacağı təqdirdə açılacaq”
13:53 Ukrayna limanında göyərtəsində 860 ton buğda olan barja batıb
13:47 Taleh Boradigahi Moskvada döyülüb? – “Əli silahlı dəstə qarşımı kəsdi”
13:42 İran prezidenti nəhayət ki, Xoya gəlib çıxa bildi…
13:35 Dünyanın 12 ölkəsindən olan səyyahların Laçına səfəri başlayıb
13:32 Sabah hava necə olacaq?
13:23 Avropa İttifaqına üzv ölkələr Ukraynaya hərbçi göndərməyi düşünmür
13:14 Saxlanılan fotoqraf barədə həbs qərarı verildi
12:47 Borel: “İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir”
12:20 Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələnib
12:17 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
12:14 Pakistanda növbəti partlayış – Yaralılar var
11:59 İsrail və Rusiya Yaxın Şərqdəki maraqlarda kompromis tapıb
11:50 Hulusi Akar: “ABŞ-ın “F-16″ları Ankaranın yeganə variantı deyil”
11:35 Türkiyədə avtobus aşıb – Ölənlər və yaralananlar var
11:26 Ukraynada Rusiyanın 131 mindən çox hərbçisi məhv edilib
11:17 Göyçayda avtomobil velosipedçini vurub
11:01 Pərviz Müşərrəf vəfat edib
10:50 Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO
10:29 Türkiyənin müdafiə naziri: “Yunanıstan illüziyalar aləmində yaşayır”
10:23 Sumqayıtda vəkil özünü asdı
10:05 Masallıda ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb
09:47 Hulusi Akar: “Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik”
09:43 Beynəlxalq səyyah qrupları Kəlbəcərə səfər edib
09:41 Cəlilabadda ağır qəza, ölən var
09:29 Türkiyə, Suriya və Rusiya hərbi heyətləri fevralda görüşəcək

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Prezident və xanımının sənətkarlarla görüşündən maraqlı görüntülər – Video

Multimedia 03/12/2022 03:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Təmir-bərpa işləri ilə tanışlıq zamanı ölkə rəhbərliyinin “Şəbəkə evi” emalatxanasında çalışan sənətkarlarla maraqlı və səmimi söhbəti olub.

Həmin görüşün videosunu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO

Multimedia 05/02/2023 17:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Keniyanın şimal-qərbində ağır yol qəzasında azı 14 nəfər ölüb.

Bu barədə Keniyanın “Nation” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, fevralın 4-ü axşam saatlarında insanları daşıyan yük avtomobilinin sürücüsü yolda olan dəvə ilə toqquşmaqdan yayınmaq istəyərkən nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb, 14 nəfər isə ölüb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video

Multimedia 05/02/2023 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Başdan ayağa” aksiyası birbaşa olaraq abonent məmnunluğunun təmin olunmasına xidmət edir. 

Qurumdan verilən məlumata görə, bu dəfə də Birliyin müvafiq rəhbər şəxsləri abonent müraciətinin icrasını şəxsən özləri icra ediblər.

Ətraflı video materialdan izləyə bilərsiniz:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 05/02/2023 12:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

“Report” nazirliyə isitnadən icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO

Multimedia 05/02/2023 10:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, fevralın 1-dən etibarən Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

Bu qərarla bağlı yeni detallar məlum olub.

Yeni məlumat odur ki, yalnız Naxçıvan qeydiyyatında olan vətəndaşlar Türkiyəyə 15 gündən bir öz avtomobilləri gedib-gələ biləcəklər.

Ölkənin digər bölgələrində qeydiyyatda olan vətəndaşların isə yalnız Azərbaycana sadəcə, girişinə icazə verilir.

Bu barədə quru yolla Türkiyəyə gedib-gələn vətəndaşlar Naxçıvan TV-yə danışıblar və onlar da məlumatı təsdiq ediblər.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Multimedia 05/02/2023 01:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın işğaldan azad etdiyi ərazilərini bərpa etməsi Ukrayna üçün təcrübədir.

Bu fikir Ukraynanın “5 kanal”nın hazırladığı süjetin ana xəttini təşkil edib.

Qeyd edilir ki, Qarabağ müharibəsinin başa çatmasından iki il keçir. 44 gün davam edən döyüşlərdə hər iki tərəfdən 8 mindən çox hərbçi həlak olub. Azərbaycan 30 ilə yaxındır ki, gözlədiyi qələbəni bayram edib: “Azərbaycanlılar tarixi ədaləti necə bərpa edə bildilər və Ukrayna bundan hansı təcrübə əldə edə bilər? Qarabağın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə və tikinti işləri davam edir.

Artıq iki ildir ki, Azərbaycan geri qaytardığı Qarabağı bərpa edir. Bu yer nəhəng tikinti meydanına çevrilib. Yollar çəkilir, asfalt salınır, köhnə məscidlər bərpa olunur, körpülər inşa edilir. İki il əvvəl bu yerdə buldozerlər işləyirdi və ərazini uçuş-enmə zolaqları üçün təmizləyirdilər. İndi burada hava limanı var.

Bakı geri qaytarılan əraziləri qanlı keçmişin abidəsinə çevirmir, burada gələcəyi yaradır. İşğaldan azad edilmiş ərazilərdə əsl tikinti bumu var. Ancaq tikintiyə başlamaq üçün bu ərazini təmizləmək lazım idi və bu minalarla və partlamamış mərmilərlə dolu minlərlə hektar ərazidir”.

Oxumağa dəyər:   Bu il Britaniyaya 65 minə qədər miqrant qeyri-qanuni yolla gedə bilər

Süjetdə qeyd olunur ki, təkcə Ağdam rayonunda 68 min hektardan çox ərazi azad edilib. Onlardan bu günə qədər təxminən 17 min hektar ərazi minalardan təmizlənib:

“Yəni ikiillik gündəlik iş prosesində istehkamçılar Ağdam rayonunun yalnız dörddə birini minalardan təmizləyə biliblər. Bu prosesdə təkcə dövlət təşkilatları deyil, özəl qurumlar da iştirak edir.

İtlər və avadanlıqlardan istifadə olunur. Azərbaycanlılar sadəcə olaraq yüzlərlə hektar “ölümcül” torpaqları şumlayırlar.

“Kabus şəhəri” və ya “Qafqazın Xirosiması” – azərbaycanlılar 27 illik işğal başa çatdıqdan sonra Ağdam şəhərini belə adlandırırlar. Qarabağ müharibəsi zamanı Ağdam Azərbaycan qoşunlarının forpostlarından biri olub. Şiddətli döyüşlərdən sonra şəhər “Qrad” raketləri tərəfindən mühasirəyə alınaraq dağıdıldı”.

Qeyd edilir ki, indi Rusiya da Ukraynada eyni taktikadan istifadə edir: “Əgər şəhəri ala bilmirsə, sadəcə ağır mərmilərlə onu yer üzündən silir.

İşğal olunmuş ərazilər qaytarıldıqdan sonra azərbaycanlılar kütləvi məzarlıqları aşkarlamağa başlayıblar.

Oxumağa dəyər:   Fotoqraf-jurnalistin saxlanılması ilə bağlı rəsmi açıqlama

Füzuli şəhəri də Ağdam kimi xarabalıqdadır. Lakin bu şəhər bombalanmadı, sadəcə binalar söküldü. Ukrayna da eyni qarətlə üzləşdi, Rusiya hərbçiləri dinc ukraynalıların evlərindən hətta tualet çanaqlarını oğurladılar.

İndi uzun illər işğaldan sonra burada həyatı bərpa etmək üçün titanik səylər göstərilməlidir. Bəzən qayaların arasından bir yol kəsmək, əhatə dairəsində gördüyünüz cığır etməkdən daha asandır. Biz ukraynalılar isə bunu öz təcrübəmizdən başa düşürük”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO

Hadisə 04/02/2023 12:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.

Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şadlıq sarayları qiymətləri artırdı – Video

Multimedia 03/02/2023 20:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şadlıq sarayları menyuların qiymətini artırıb. Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox bahalaşıb.

Bunu elə restoran inzibatçıları da təsdiqləyir.

Məlumata görə, hazırda 40 manata kimi menyularda qiymətlər 30 faizə qədər artıb.

İnzibatçıların sözlərinə görə, artımların səbəbi şadlıq evlərindəki gəlirlə xərcin tərs mütənasib olmasıdır.

Bununla yanaşı, dəyəri 40-80 manat olan menyuların qiyməti də 20 faizdən çox yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 17 faiz civarında artım qeydə alınıb.

Qeyd edək ki, qiymətlərin daha da artmaması üçün restoranlar çəkiliş və musiqi heyətini bəzən menyudan çıxarırlar.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO

Hadisə 03/02/2023 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşları saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan kuryer şirkətlərindən birinin əməkdaşlar – Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan 6 qrama yaxın marixuana aşkar edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs – Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.

Oxumağa dəyər:   Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 5, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 1 nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və 1 ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Multimedia 03/02/2023 12:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünə 280 000 dollara malikanə alıb.

Bu barədə məlumatı “Civilnet-am” yayıb. 

Məlumata görə, Ararat Mirzoyan və həyat yoldaşı Qoar Abacyan malikanəni ötən ilin dekabrında Kotayk vilayətinin Kasax kəndində əldə edib. 

XİN rəhbərinin sözügedən məbləğə malikanə alması Ermənistanda ictimaiyyət arasında birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Onun vəzifədə olduğu illərdə öz sərvətini artırdığı iddia olunur. 

Qeyd edək ki, Ararat Mirzoyan 2018-ci ildə Baş nazirin birinci müavini təyin edilib. 2019-2021-ci illərdə isə Ermənistan parlamentinin sədri vəzifəsində olub və 2021-ci ilin avqustunda XİN rəhbəri vəzifəsinə gətirilib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO

Hadisə 03/02/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 10 ədəd 100 mm-lik minaatan mərmisinin, 2 ədəd 100mm-lik tank mərmisinin, 10 ədəd RPQ-7 mərmisinin hissələri və bəzi mərmi qirintıları olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

Multimedia 02/02/2023 19:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ermənistan Rusiyanın KTMT missiyası yerləşdirmək təklifinə imtina ilə cavab verərək Azərbaycanla şərti sərhəddə yerləşdirilən Avropa İttifaqının müvəqqəti missiyasının tərkibini və mümkün əhatə dairəsini artırmaq məqsədilə yardım üçün Avropaya üz tutdu”.

Bunu “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının yerləşdirilməsinin mümkün planı ilə bağlı bəyanatını “Baku TV”yə şərh edərkən deyib.

“Lavrov göstərmək istəyir ki, Rusiya həm müttəfiqlik münasibətlərində, həm də KTMT çərçivəsində Ermənistanın müdafiəsinə sadiq qalır. Amma burada məsələ artıq Ermənistan və onun razılığı ilə bağlı deyil, hər şey Aİ-nin razılığı ilə olacaq”, – agentliyin direktoru bildirib.

O, vurğulayıb ki, Lavrovun KTMT missiyasının Ermənistan-Azərbaycan şərti sərhədində yerləşdirilməsi təklifi reallaşmaq imkanını itirib.

“Çünki Aİ Rusiya müşahidəçilərinin və ya tərkibi böyük çoxluqla elə Rusiyanın özündən olacaq KTMT missiyasının yaxınlıqda olmasına imkan verməyəcək. Belə ki, hər şərti 50 müşahidəçiyə KTMT üzvü olan digər ölkələrdən maksimum 1-2 nümayəndə düşəcək. Rusiyanın Qərblə mürəkkəb münasibətlərini nəzərə alsaq, Lavrovun təklifinin reallaşması mümkün deyil”, – Fuad Hüseynəliyev qeyd edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Multimedia 02/02/2023 15:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bir vətəndaşa məxsus donuzçuluq təsərrüfatının su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə təmin olunduğu bəlli olub.

 Təsərrüfat sahibi texniki şərt almadan və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadan sudan bolluca istifadə edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən və kafe kimi fəaliyyət göstərən 2 obyektin də su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Obyektlərin sahibləri yaxınlıqda yerləşən binanın zirzəmisindən su götürürmüş.

Nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Belə ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su xəttindən bir neçə yaşayış evinə qeyri-qanuni su xətti çəkiblər.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Oxumağa dəyər:   Fotoqraf-jurnalistin saxlanılması ilə bağlı rəsmi açıqlama





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Hadisə 02/02/2023 11:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib.

Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını deyib.

Faktla bağlı 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

Hadisə 02/02/2023 11:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Şərur” MTK qarşısında məsələ qaldırılıb.

Həmçinin müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xətaidə marketdən oğurluq edən şəxs saxlanılıb – VİDEO

Hadisə 02/02/2023 10:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb.

Oxumağa dəyər:   Bakıda avtomobillər toqquşub, ana və qızı xəsarət alıb

Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdiriıir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video

Multimedia 02/02/2023 09:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz”ın bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir. 

Bu məqsədlə qurumun baş direktorunun müavini Ceyhun Şıxəliyev ilk olaraq Göygöl rayonunun Quşqara kəndində olub. 

Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Daha sonra ərazidə çalışan bir qrup Birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif olunub.

Quşqara kəndindən sonra növbəti səfər rayonun ucqar ərazidə yerləşən Gəncəkənd kəndinə olub. 

Qazlaşdırılma prosesinin böyük bir qisminin icra olunduğu və qısa müddət ərzində işlərin yekunlaşacağı ilə bağlı məlumat verilib. İşlərlə tanışlıqdan sonra qurum rəsmisi bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 05/02/2023 17:20

Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO

Read more
Multimedia 05/02/2023 16:23

“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video

Read more
Multimedia 05/02/2023 12:17

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 05/02/2023 10:50

Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO

Read more
Multimedia 05/02/2023 01:08

Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Read more
Hadisə 04/02/2023 12:08

Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 20:32

Şadlıq sarayları qiymətləri artırdı – Video

Read more
Hadisə 03/02/2023 15:02

Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 12:23

Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Read more
Hadisə 03/02/2023 10:29

Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO

Read more
Multimedia 02/02/2023 19:41

Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO

Read more
Multimedia 02/02/2023 15:08

Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Read more
Hadisə 02/02/2023 11:35

Bakıda “Kalaşnikov” gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Read more
Hadisə 02/02/2023 11:08

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

Read more
Hadisə 02/02/2023 10:38

Xətaidə marketdən oğurluq edən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 02/02/2023 09:35

“Azəriqaz” rəhbərliyi Göygöldə qazlaşma işlərini yoxladı – Video

Read more
Multimedia 01/02/2023 19:03

“Tamaşaçı ilk dəfə yeni final görəcək” – Video

Read more
Hadisə 01/02/2023 10:50

Bakıda səkiyə çırpılan avtomobil yanıb – VİDEO

Read more
Hadisə 31/01/2023 13:34

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 31/01/2023 10:41

“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” – Video

Read more
Xəbər 31/01/2023 10:07

Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir

Read more
Multimedia 31/01/2023 01:20

Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Read more
Multimedia 30/01/2023 21:49

18 ildir kişi kimi yaşayır… – Video

Read more
Multimedia 30/01/2023 16:21

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Read more
Multimedia 30/01/2023 09:56

Amerikalı müğənni vəfat etdi – VİDEO

Read more
Multimedia 29/01/2023 22:53

Yaralılar Bakıya belə gətirildi – Video

Read more
Multimedia 29/01/2023 17:56

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Read more
Multimedia 29/01/2023 17:47

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Read more
Multimedia 29/01/2023 15:04

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 29/01/2023 06:59

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Read more
Hadisə 28/01/2023 10:47

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Read more
Multimedia 28/01/2023 10:30

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Read more
Multimedia 28/01/2023 09:32

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Read more
Multimedia 27/01/2023 23:09

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Read more
Multimedia 27/01/2023 21:31

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Read more
Multimedia 27/01/2023 20:23

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla