Oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

Daha sonra prezident və xanımı Qubada 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. 

 

İstinadlar AzərTac, Qafqazinfo