Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, V. Sadıqov 2004-2010-cu illərdə xarici işlər nazirinin müavini, 2010-2015-ci illərdə isə Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri olub.