Mənim iradlarımı tütünçülüyə də aid etmək olar. Bu sahə də demək olar ki, batıb gedirdi

Heç bir dövlət dəstəyi göstərilmirdi. Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.

Prezidentin sözlərinə görə, “biz tütün istehsal edə-edə xaricdən siqaret alırıq”.
“Elə ölkələr var ki, orada tütün, ümumiyyətlə, bitmir, onlar bizə siqaret ixrac edirlər. Bu, absurddur, dözülməzdir. Sadəcə, ona görə ki, bu məsələ ilə məşğul olmurdular və bu sahəni başlı-başına buraxmışdılar. Bəlkə hesab edirdilər ki, belə də olmalıdır. Amma biz indi vəziyyəti tam dəyişdiririk. Azərbaycanda yeni siqaret fabrikləri yaradılır”, – deyə, İ. Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, “biz özümüzü siqaretlə böyük dərəcədə təmin edəcəyik, ixrac potensialı yaradılır”:

Oxumağa dəyər:   Donald Tramp: "Bir ay ərzində Suriyanı İŞİD-dən tamamilə təmizləyəcəyik"

“Tütünçülükdə vəziyyət necədir? Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur, təxminən iki dəfə çox. Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır. Bax, görülən işlərin nəticəsi budur”.