“Serbiyaya böyük nümayəndə heyəti ilə gəlmişəm”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Blqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü zamanı deyib.

“Gözəl ölkənizdə olmaqdan və fəal dialoqumuzu davam etdirməkdən çox məmnunam. Biz beynəlxalq arenada, bəzi beynəlxalq tədbirlərdə tez-tez görüşürük. Telefonla əlaqə saxlayırıq. Bir sözlə, əlaqədəyik. Biz ikitərəfli əlaqələrimizin inkişafına hər zaman töhfə veririk. Hazırda onların artıq strateji tərəfdaşlıq mahiyyəti var. Bu, sadəcə imzaladığımız bəyanatla kifayətlənmir, əməkdaşlığımızın əsasını təşkil edir. Artıq qeyd etdiyiniz kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyimizi dəstəkləmişik və bunu davam etdirəcəyik. Biz, həmçinin çox sıx şəxsi münasibətlər qurmuşuq, bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu, ikitərəfli əməkdaşlığımızın vacib elementlərindən biridir.