Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Bu xidmətlərə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar incəsənət xadimi”

Maqomedov Cambulat Musayeviç

“Əməkdar artist”

Hacıyeva Fatimə Taqirovna

Xadulayev Mutay Xadulayeviç.