Prezident qırıcıda… – Video
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
“Qafqazinfo” həmin anın videosunu təqdim edir:
Hərbi gəmilərin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb – VİDEO
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üç mərhələ üzrə həyata keçirilmiş təlimdə HDQ-nin döyüş gəmiləri dəstəsi və dəniz piyadaları iştirak edib.
Təlim zamanı döyüş fəaliyyətinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd ölkəmizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə döyüş əməliyyatlarının aparılması və müxtəlif şəraitdə gəmi taktiki qruplarının müvafiq tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərin yerinə yetirilməsidir.
Gəncədə qanunsuz tikili sökülüb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə qanunsuz tikilini söküb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Almaz Aşırov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib:
“Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb”.
Bir qız uşağının gözü ilə… – Azərbaycanın yeni şəxsiyyət vəsiqələri! – VİDEO
Onların adları, fotoları, doğulduqları yerlər açıqlanandan bəri bölgələrimizə də baxış dəyişib. Artıq rayonlar adlarının meyvələrlə, yeməklərlə, dağlarla, göllərlə qiyaslanmasını lazım saymır. Yeni Azərbaycanı görmək üçün kəndlərin, şəhərlərin girişindəki şəhid lövhələrinə baxmaq kifayətdir. Həmin lövhələr həm də ölkəmizin yeni şəxsiyyət vəsiqələridir…
“Qafqazinfo”nun 8 Noyabr – Zəfər Günü ilə bağlı hazırladığı sənədli filmin adı da məhz belədir: “Azərbaycanın yeni şəxsiyyət vəsiqələri”
Filmdə görüntülər bir qız uşağının gözü ilə təsvir edilir. Bakıdan yola çıxan azyaşlı bölgələrimizdəki şəhid lövhələrinin qarşısına qərənfil düzür, qələbədən sonrakı yeni Azərbaycan reallıqları ilə qarşılaşır.
“Azərbaycanın yeni şəxsiyyət vəsiqələri”nin çəkilişləri 20-dən çox rayonda aparılıb, film müasir texniki avadanlıqlarla ərsəyə gəlib.
Videonu instaqram, teleqram və feysbuk kanallarımızdan da izləyə bilərsiniz.
“Euronews” Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb – VİDEO
“Euronews” Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb.
Reportajda bildirilir ki, COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi olacaq.
“Bakıda Olimpiya Stadionunun yanında 112 min m²-lik bir meydança yaradılıb və burada iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm məqsədləri müzakirə etmək üçün 40 mindən çox nümayəndə və dünya liderləri toplanacaq. Azərbaycan COP29-un ev sahibi olmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir”, – süjetdə deyilir.
Burada, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılmış şərait, nəqliyyatın intellektual idarə olunması tədbirləri və genişləndirilmiş yerləşdirmə imkanları vurğulanır ki, bu da Azərbaycanın tədbiri keçirməyə hazırlığını göstərir.
Artıq bölgələrimiz onlarla tanınır! – Video
Onların adları, fotoları, doğulduqları yerlər açıqlanandan bəri bölgələrimizə də baxış dəyişib.
Artıq rayonlar adlarının meyvələrlə, yeməklərlə, dağlarla, göllərlə qiyaslanmasını lazım saymır.
Yeni Azərbaycanı görmək üçün kəndlərin, şəhərlərin girişindəki şəhid lövhələrinə baxmaq kifayətdir. Həmin lövhələr həm də ölkəmizin yeni şəxsiyyət vəsiqələridir….
“Qafqazinfo”nun 8 Noyabr – Zəfər Günü ilə bağlı hazırladığı sənədli filmin treylerini təqdim edirik:
FHN Ağstafada təlim keçirdi – Video
Fövqəladə Hallar Nazirliyi Ağstafa rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.
Təlimdə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, FHN-in aidiyyəti yerli qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.
Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Ağstafa rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili və bu tədbirlərin icra vəziyyətindən danışaraq, göstərilən sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin zəruriliyindən bəhs edib.
Müşavirədə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.
Kompleks təlimə ümumilikdə 303 nəfərdən ibarət şəxsi heyət və 62 ədəd texnika cəlb edilib. Tədbirdə FHN-in qüvvələri, şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Çində arxasınca uşaqların ağladığı azərbaycanlı müəllim kimdir? – Video
Son günlər sosial şəbəkələrdə Çindəki bağçalardan birindəki işindən ayrılan azərbaycanlı müəllim İqrar Məmmədovun uşaqlarla olan görüntüləri gündəmə düşüb. Yayılan videoda müəllimləri getdiyinə görə göz yaşı töküb kədərlənən balacalar hərkəsin marağına səbəb olub.
Uşaqların bu qədər çox sevgisini qazanan İqrar Məmmədov onlarla ilk tanışlığını və digər yaşanan hadisələri “Xəzər Xəbər'”lə bölüşüb.
İngilis dili müəllimi olan İqrar Məmmədov deyir ki, yeni dili öyrənmək uşaqlara çətin olduğundan o maraqlı üsullardan istifadə edib.
Daha ətraflı videomaterialda:
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
“Report” icmalı təqdim edir:
Bakıda avtomobil mühərriki yağlarının qablaşdırılması sexində yanğın olub – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən verilən məumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil mühərriki yağlarının qablaşdırılması sexində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexdə olan sobanın içərisində 50 litr və sobanın ətrafına dağılmış 4 kv.m. sahədə yağ qalıqları yanıb, sexin böyük hissəsi yanğından mühafizə olunub.
“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq – Video
2 noyabr 2024-cü il tarixində “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı təqdimat mərasimi keçirilib.
Mərasimdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.
Qeyd olunub ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır.
Bu məqsədlə Agentlik “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsinə start verib.
Layihə çərçivəsində ilkin olaraq 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin damında günəş panelləri quraşdırılıb. Bərpa olunan, məsrəfə qənaət edən və şəbəkəyə töhfə verən günəş panelləri vasitəsilə binanın elektrik ehtiyacları təmin ediləcək.
Layihənin tezliklə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.
FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib – VİDEO
Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.
“Yalnız son bir ay ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 56 uşaq xilas edilib.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.
Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır”,- deyə məlumatda qeyd edilib.
“X”də COP29-la bağlı saxta xəbərlər yayılır – Video
“X” sosial media platformasında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.
Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə yaydığı açıqlamada bildirilib.
Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.
Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.
Qeyd edək ki, bu ilin noyabrında Bakı şəhərində təşkil ediləcək COP29-la bağlı effektiv kommunikasiya strategiyası həyata keçirilir və ictimaiyyət operativ qaydada məlumatlandırılır.
Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi “X” sosial media platformasını saxta məlumatlar əsasında aparılan bu informasiya kampaniyasını araşdırmağa çağırır.
20 nömrəli məktəb-liseydə təlim keçirildi – Video
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən A.Hüseynzadə adında 20 nömrəli məktəb-liseydə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri və məktəbin kollektivi iştirak edib.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları məktəb kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş olunub.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.
Baydenin xanımı panda kostyumunda – Video
Ağ Evdə ənənəvi olaraq Hellouin şənliyi təşkil edilib.
ABŞ Prezidenti Co Bayden və xanımı Cill Bayden şənliyə qatılan uşaqlarla görüşüb.
ABŞ-nin birinci xanımı şənlik üçün panda kostyumu geyinib. Uşaqları salamlayan Baydenin görüntüləri maraqla qarşılanıb. Belə ki, o, cücə kostyumunda olan körpənin ayağını zarafatla dişləyib.
Həmin görüntüləri təqdim edirik:
Ağcabədidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Baxşalıyev Hüseyn Düşəri oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib.
Dost-düşməni ayıran “Gökbey” – Video
Türkiyənin ilk milli çoxməqsədli “T625 Gökbey” helikopteri jandarma qüvvələrinə təhvil verilib.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Türkiyənin ilk istehsalı olan çoxməqsədli helikopter, “Gökbey”, Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən təchiz edilib.
Bir neçə gün öncə Ankarada məhz bu helikopterlərin istehsal müəssisələrinə edilən terror hücumundan sonra “Gökbey”lərin göylərə çıxaması da təsadüf sayıla bilməz.
Terrorla mübarizədə ən effektiv üsullardan birinə çevriləcək “Gökbey”lərin həm də dost-düşmən tanıma kimi xüsusiyyəti var.
Helikopterdə təxminən 34 fərqli avionika sistemindən istifadə olunur, bunlar arasında uçuş idarəetmə kompüteri, milli rabitə sistemləri, identifikasiya sistemləri, modul displeylər, panellər, naviqasiya sistemləri və s. mövcuddur.
Həmçinin baxın
Hərbi gəmilərin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb – VİDEO
Bir qız uşağının gözü ilə… – Azərbaycanın yeni şəxsiyyət vəsiqələri! – VİDEO
“Euronews” Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb – VİDEO
Bakıda avtomobil mühərriki yağlarının qablaşdırılması sexində yanğın olub – VİDEO
“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq – Video
FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib – VİDEO
Serbiyalı professor: Fransa Yeni Kaledoniyada etirazçılara həddindən artıq güc tətbiq edib – VİDEO
“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır – Video
“Gürcü xalqının qanındakı Qafqaz cigitliyi LGTB bayrağını qəbul etməyəcək…” – Video
Azərbaycanda uşaqlarına bu adları qoymaq istədilər – İcazə verilmədi – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla