Prezident İlham Əliyevin bu gün təltif etdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan 7 hərbçinin adı da var.

Təltif edilən sərhədçi şəhidlər aşağıdakılardır:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra)

“Vətən uğrunda” medalı ilə

Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra)

Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra)

Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra)

Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra)

Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra)

Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra)

Xatırladaq ki, DSX-nin hərbi helikopteri 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər – polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

İstinadlar Report