Andrey Vladimiroviç Sipilin Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin olunub.