Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Rafiq Əsgər oğlu Cəlilov Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.