General-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.

***

General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib.

Bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanıdır.